Icma.az
close
up
RU
“Bu, insan həyatı üçün təhlükədir” Həkimdən XƏBƏRDARLIQ KONKRET

“Bu, insan həyatı üçün təhlükədir” Həkimdən XƏBƏRDARLIQ KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Havada rütubət və temperaturun dəyişməsi insan orqanizminə müxtəlif təsirlər göstərir. İnsan bədənində ağciyərlərdən sonra ikinci dərəcəli tənəffüs sistemi dəri hesab olunur. Dəri oksigenin udulmasında iştirak edir və müəyyən səviyyədə “nəfəs alır”. Ətraf mühitdə rütubət səviyyəsi yüksək olduqda, dərinin tənəffüs funksiyası zəifləyir. Bu isə orqanizmdə maddələr mübadiləsinin pozulmasına, müxtəlif dəri xəstəliklərinin və ümumi narahatlıqların yaranmasına səbəb ola bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında həkim terapevt Rasif Bağırov səsləndirib.

“Temperatur dəyişikliyi də orqanizmə müxtəlif şəkildə təsir göstərir. Temperaturun kəskin şəkildə yüksəlməsi və ya enməsi insan dərisinə birbaşa təsir edir. Kontinental iqlim şəraitində yaşayan insanlarda dərinin rəngi adətən daha tünd olur. Bu, həmin ərazilərdə gündüzlər yüksək, gecələr isə aşağı temperaturun müşahidə olunması ilə bağlıdır. Belə şəraitdə dərinin strukturu və funksiyası zamanla iqlimə uyğunlaşaraq dəyişir.”

Terapevt qeyd edir ki, temperatur dəyişkənliyi ilə yanaşı, insanın immun sisteminin vəziyyəti də böyük rol oynayır.

“Əgər immun sistemi zəifdirsə, bu dəyişikliklər müxtəlif xəstəliklərin yaranmasına yol aça bilər. Xüsusilə, yaşlı insanlar temperaturun sürətlə dəyişməsinə daha həssas reaksiya verirlər. Bəzən bu vəziyyət onların səhhətinə ciddi təsir göstərir və həyat üçün təhlükə yaradır.

Ümumiyyətlə, rütubət və temperaturun tez-tez və kəskin dəyişdiyi ərazilərə, xüsusilə də yaşlı və xəstə insanların səyahət etməsi tövsiyə olunmur”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Aprel 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri