Icma.az
close
up
RU
Bu, irsidir: Uşağa atadan və anadan nə ötürülür?

Bu, irsidir: Uşağa atadan və anadan nə ötürülür?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Elm dünyası uşağa ana və atadan hansı xüsusiyyətlərin miras qaldığı ilə bağlı araşdırma aparıb.

“Cebheinfo.az” xəbər verir ki, genetik miras bir çox fiziki və psixi xüsusiyyətlərin ötürülməsində mühüm rol oynayır.

Uşaqlar adətən valideynlərinin genlərini yarı-yarıya paylaşırlar.

Belə ki, Şotlandiyada 10 il ərzində 14-22 yaş arası 12 min 686 nəfər araşdırılıb.

Araşdırmaya görə, insanların intellekt səviyyəsi analarının zəkasından orta hesabla 15 bal fərqlənib. Zəka geni X xromosomu vasitəsilə ötürüldüyü üçün analar bu xüsusiyyəti ötürməkdə daha çox üstünlük təşkil edirlər.

“New England Journal of Medicine” jurnalında aparılan araşdırmaya görə, “MKRN3” genindəki mutasiyalar atadan ötürülür. 

Bu, erkən yetkinliyə gətirib çıxarır. Mutasiyalar erkən yetkinlik dövrünü tənzimləyən mexanizmi işə salır.

 Eyni zamanda “JAMA Psychiatry” jurnalında dərc olunan araşdırmaya görə, aşağı serotonin səviyyəsi uşaqlarda diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu (DEHB) riskini 1,5-2,5 dəfə artırır. 

Serotonin istehsalından məsul olan TPH1 və TPH2 genlərindəki mutasiyalar anadan ötürülə bilər.

Aparılan araşdırmada bəzi məhsuldarlıq problemlərinin yumurta hüceyrəsindəki sentriolların məhv edilməməsi ilə əlaqəli olduğu və bu vəziyyətin atadan ötürüldüyü qeyd edilib.

Həmçinin “Journal of Child Psychiatry” tibb jurnalında dərc edilən araşdırmada, analarında yuxu pozğunluğu olan uşaqların eyni problemlərlə qarşılaşma riskinin daha yüksək olduğu ortaya çıxıb. 

Əvvəlki araşdırmalarda isə yuxusuzluqdan əziyyət çəkən insanların təxminən yüzdə 35-nin ailədə bu pozğunluqdan əziyyət çəkdiyi və ən çox təsirlənən ailə üzvünün ana olduğu müəyyən edilib. 

Əfsanə Rəcəb
“Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri