Icma.az
close
up
RU
Travma genlə ötürülür ARAŞDIRMA

Travma genlə ötürülür ARAŞDIRMA

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni epigenetik araşdırmalar göstərir ki, insan həyatında baş verən ağır psixoloji travmalar yalnız bir fərdin deyil, gələcək nəsillərin də psixoloji və fiziki sağlamlığına təsir edə bilər.

Sfera.az xəbər verir ki, Kolumbiya Universiteti və İsrailin Tel-Əviv Universiteti tərəfindən birgə aparılan tədqiqatlarda məlum olub ki, travma yaşayan insanların övladlarında stres hormonlarının səviyyəsində və genlərin fəaliyyətində əhəmiyyətli dəyişikliklər müşahidə olunur. Mütəxəssislər bu prosesi “epigenetik yaddaş” adlandırırlar.

Araşdırmalarda xüsusilə Holokost sağ qalanlarının ikinci nəsil övladlarında depressiya, narahatlıq pozuntuları və yüksək kortizol səviyyələri daha sıx müşahidə olunub. Oxşar nəticələr Ruandada soyqırımı yaşamış icmaların, eləcə də müharibədən qaçmış Suriya və Əfqanıstanlı ailələrin nəsilləri üzərində də qeydə alınıb.

Alimlər bildirirlər ki, bu dəyişikliklər birbaşa DNT ardıcıllığını dəyişməsə də, genlərin necə və nə zaman ifadə olunacağına təsir edir. Bu da psixoloji travmaların nəsillər boyunca ötürülməsinə səbəb olur.

Tədqiqatçılar, travmanın genetik ötürülməsini geri çevirmək üçün terapiya, psixososial dəstək və mindfulness (şüurlu fərqindəlik) kimi yanaşmaların faydalı ola biləcəyini qeyd edirlər. Eyni zamanda, bu sahədə daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac olduğu vurğulanır.

Epigenetik travmalarla bağlı əldə edilən nəticələr psixoloji sağlamlığın yalnız fərdi deyil, kollektiv və tarixi yaddaşla da sıx əlaqəli olduğunu göstərir.

Fidan Hacızadə
Sfera.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 May 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri