Icma.az
close
up
RU
Bu işdə əli olanlar məsuliyyətə cəlb olunmalıdır Deputat

Bu işdə əli olanlar məsuliyyətə cəlb olunmalıdır Deputat

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Bir neçə gün əvvəl yol səthinin çökməsi nəticəsində Cümşüd adlı bir vətəndaş müvazinətini itirərək kanalizasiya kollektoruna düşdü, həyatını itirdi. İlk gün uzaqdan çəkilmiş video-görüntülərdə onun quyuya düşdüyü bildirilsə də, sonrakı günlərdə yaxından görüntülər ortaya çıxdı və məlum oldu ki, Cümşüd heç də ora düşməyibmiş. O, üzəri taxta ilə “ört-basdır” edilmiş yerin kənarında dayanıb. Nəticədə səth çöküb və faciə baş verib. Baş Prokurorluqdan verilən məlumata görə isə, Cümşüdün çökmə nəticəsində düşdüyü kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Bakı Sukanal İdarəsinin balansında olub və həmin idarə tərəfindən istismar olunub”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, hər şeydən əvvəl, əgər şəhərdə qəzalı vəziyyətdə olan hissə varsa, bu yerlərə xəbərdaredici və məlumatlandırıcı lövhələr quraşdırılmalı, mühafizə zonası yaradılmalıdır:
“Hətta vəziyyətin təhlükəlilik dərəcəsinə uyğun olaraq, ərazidə müvəqqəti çəpərləmə işləri aparılmalıdır. Bu tədbirlər qəzalı vəziyyət aradan qaldırılana kimi kiminsə ehtiyatsızlıqdan yıxılması, xəsarət alması və həyatını itirməsinin qarşısı almalıdır.
Bakı Sukanal İdarəsindən də bildirilib ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar. Düşünürəm ki, aidiyyəti qurumların açıqlamaları hərtərəfli təhlil olunmalı və qəza zolağından, deyildiyi kimi, nişanlar sökülübsə, onu sökən şəxs və ya şəxslər, yaxud bu işdə əli olan qurumlar mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri