Icma.az
close
up
RU
Bu istiqamətdə qarşılıqlı anlaşma əldə olunmuşdur ŞƏRH EDİLDİ

Bu istiqamətdə qarşılıqlı anlaşma əldə olunmuşdur ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Düşənbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş görüş Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin normallaşdırılması, mövcud çağırışların dəyərləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, görüş çərçivəsində keçirilmiş müzakirələr zamanı 2024-cü ilin dekabr ayında Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin Rusiya Federasiyasının hava məkanında vurulması nəticəsində baş vermiş faciəli hadisə xüsusi diqqət mərkəzində olmuşdur:

"Vladimir Putinin faciə ilə bağlı məsuliyyəti qəbul etməsi, baş vermiş hadisəyə görə üzr istəməsi, habelə həlak olan şəxslərin ailələrinə başsağlığı verməsi iki ölkə arasında etimadın bərpası istiqamətində atılmış mühüm hadisə kimi qiymətləndirilə bilər. Həmçinin görüş zamanı Azərbaycan tərəfindən irəli sürülmüş əsas tələblər, yəni hadisənin hərtərəfli və obyektiv araşdırılması, məsul şəxslərin müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cəzalandırılması və zərərçəkmiş ailələrə kompensasiyaların ödənilməsi məsələləri də müzakirə edilmiş və bu istiqamətdə qarşılıqlı anlaşma əldə olunmuşdur. Beləliklə də, dövlət başçımızın milli maraqlara əsaslanan ardıcıl, uzaqgörən və prinsipial xarici siyasəti nəticəsində Azərbaycan-Rusiya münasibətlərində yaranmış müvəqqəti gərginlik konstruktiv və diplomatik vasitələrlə aradan qaldırılmış, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin bərpası istiqamətində mühüm addımlar atılmışdır.

Məlum olduğu kimi, Azərbaycan beynəlxalq münasibətlər sistemində, xüsusilə də qonşu dövlətlərlə əlaqələrində suverenliyə hörmət, bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərini prioritet olaraq qəbul edir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Düşənbə görüşü Azərbaycanın həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasətin ardıcıl və uğurlu davamı kimi qiymətləndirilməlidir. Nəticə etibarilə, bu mühüm siyasi hadisə Azərbaycanın regional sabitliyin və təhlükəsizliyin təminində oynadığı strateji rolu bir daha nümayiş etdirir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri