Bu, keçmiş erməni prezidentlərinin günahıdır Paşinyan
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
"Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub. Ermənistan bunu etiraf etsə də, gizli saxlayıb".
"Unikal" xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
Paşinyan bildirib ki, iki gün əvvəl İrəvan Şəhərsalma Komitəsinin rəhbəri ona bir neçə il əvvəl baş vermiş əvvəlki köçürmə prosesi ilə bağlı hökumət sənədlərini təqdim edib.
"Bu sənədlərdə Ermənistanın şərqindəki sərhəd, paraflanmış sülh müqaviləsində qeyd etdiyimiz kimi, Azərbaycan ərazisi kimi göstərilib. Bu, Ermənistan hökumətinin rəsmi sənədidir", - baş nazir bildirib.
O hesab edir ki, 1996-cı il Lissabon Zirvə Görüşü də daxil olmaqla, bu reallıq uzun müddət Ermənistan və Qarabağ əhalisindən gizlədilib. Onun sözlərinə görə, bu sənədlər artıq dərc olunub.
Paşinyan həmçinin bu siyasətin məqsədinin Ermənistanın müstəqilliyinin qarşısını almaq olduğunu bildirib. O, buna görə keçmiş prezidentlər Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı günahlandırıb.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 19 Mart 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















