Icma.az
close
up
RU
Bu kəndlərin adları dəyişdiriləcək SƏBƏBLƏR

Bu kəndlərin adları dəyişdiriləcək SƏBƏBLƏR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi baş tutudu. Müzakirələr zamanı bəzi rayon və kəndlərimizin adlarının Azərbaycan dilinə uyğun istifadə olunmadığı müzakirə olunurdu. Qeyd edək ki, dilimizə uyğun olmayan coğrafi adların dəyişdirilməsi məsələsinə Milli Məclisin yanında Toponimiya Komissiyası baxır.
Komissiya üzvü Nizami Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, Milli Məclisin Toponimiya Komissiyasının kifayət qədər yer adları ilə işləmək təcrübəsi var:
“70 il ərzində sovet dövründə verilən yer adlarının bir hissəsinin dəyişdirilməsi ilə parlamentdə məşğul olduq. O vaxt mən də Milli Məclisin və bu komissiyanın üzvü idim. Burada bizim çox böyük alimlərimiz işləyirdi və bu ənənə bu gün də davam edir”.
Nizami Cəfərov qeyd edib ki, həmin dövrdə SSRİ zamanı qoyulan adların böyük hissəsi dəyişdirilib:
“Hazırda sadəcə mikro toponimlərdə bu cür adlar qala bilər. Həmçinin xalq dilində işlənən, amma rəsmi statusu olmayan toponimlər də var. Məsələn, Sovetski və Şurabad kimi adlar buna misal ola bilər. Bunların dəyişdirilməsi o qədər də vacib deyil. Çünki bizə bütün tarixi mərhələlərdən adlar yadigar qalıb. Sovet adlarından bəzilərinin qalmasının (əgər strateji deyilsə) elə bir ziyanı yoxdur”.
Onun sözlərinə görə, əhalinin təklifi əsasında yerli icra orqanları xüsusi iclas keçirir, adı təhrif olunmuş ərazilərin yenidən adlandırılması məsələsinə baxılır. Daha sonra təklif Prezident Administrasiyasına, ardınca isə Milli Məclisə göndərilir:
“Milli Məclisə daxil olan təkliflər əvvəlcə Toponimiya Komissiyasına yönləndirilir. Burada müəyyən müzakirələr aparıldıqdan sonra məsələ Regional məsələlər komitəsinə təqdim olunur, orada da müzakirə edildikdən sonra plenar iclasa çıxarılır”.


“Təkliflər birbaşa Prezident Administrasiyasına və ya plenar iclasa göndərilə bilər. Qanunvericiliyə əsasən, baxmaq səlahiyyəti olan bütün qurumlar bu məsələni gündəminə sala bilər. Əsas odur ki, təşəbbüs xalqdan və cəmiyyətin özündən gəlsin. Təkliflər Milli Məclisdən də irəli sürülə və müzakirə edilə bilər” – deyə o bildirib.
Nizami Cəfərov qeyd edib ki, deputatlar həm təmsil etdikləri rayonların, həm də bütövlükdə ölkənin maraqlarını nəzərə alırlar:
“Milli Məclisin deputatlarının hər biri həm öz bölgəsini, həm də Azərbaycanı təmsil edir. Əgər hər hansı yer adının düzgün olmadığı barədə məsələ ortaya çıxarsa, ona baxılır. Ad estetik deyilsə, tələblərə cavab vermədiyi hallara  diqqət yetirilir”.
O bildirib ki, bəzi problemlər adların mənşə və səslənmə fərqlərindən qaynaqlanır:
“Bəzən yerlərin çox gözəl, məzmunlu və tarixi adı olur, amma xalq arasında təhrif olunmuş şəkildə işlədilir. Məsələn, “Yekxana” adlı coğrafi ad var. Biz onu “Yekəxana” kimi tələffüz edirik. “Xana” komponenti ilə yaranan çoxsaylı coğrafi adlarımız var, lakin bunların çoxu fars mənşəlidir və Azərbaycan tarixi ilə ciddi əlaqəsi olduğunu demək çətindir. Ona görə də bu cür adlara ciddi düzəlişlər edilməlidir”.
Alimin sözlərinə görə, etimologiyası aydın olmayan, səslənməsi uyğun gəlməyən və estetik baxımdan qüsurlu adlara da baxmaq lazımdır.
“Biz bu adları mütəxəssis kimi təhlil edirik, mənbələrə baxırıq, lazım gələrsə, əlavə mənbələri də araşdırırıq. Hər bir adın dəyəri öyrənilir və bu zaman “yaxşı” və ya “pis” qiymətləndirilməsi aparılmır”.


Nizami Cəfərov xatırladıb ki, Sovet dövründən qalan bir çox adlar artıq dəyişdirilib. Daha sonra Naxçıvan Muxtar Respublikasında da adların bərpası istiqamətində ciddi işlər görüldü:
“Zaman-zaman bu ərazidə bəzi adların təhrifinə yol verilmişdi. Onların bir hissəsi yeni adlarla əvəz olundu, bəziləri isə fonetik qaydalara uyğunlaşdırıldı. Bütün hallarda dəyişikliklər həmin ərazidə yaşayan insanların təklifləri əsasında həyata keçirildi. Naxçıvanda insanlar yer adlarına çox həssas yanaşır, tarixi təfəkkürləri güclüdür. Ona görə də orada ciddi problem yaranmadı. İcra orqanlarında müzakirələr aparıldı, əsaslandırılmış təkliflər göndərildi və biz onları nəzərdən keçirdik”.
N.Cəfərov qeyd edib ki, yer adlarının dəyişdirilməsi prosesi Lənkəran-Astara-Masallı bölgəsində də həyata keçirilib:
“Bu zonadan gələn təkliflər özünəməxsus idi. Burada həm talış, həm də türk mənşəli sözlər var idi. Spesifik xüsusiyyətlər nəzərə alınmaqla adlara dəyişikliklər edildi. Əgər digər bölgələrdən də bu istiqamətdə təkliflər gəlirsə, biz onlara da diqqətlə baxacağıq”.


Sovet dövründə qoyulmuş yer adlarının mahiyyəti :
“Bəzi adlar yeni yaradılmış kənd və şəhərlərə verilib, yəni ondan əvvəl həmin ərazidə coğrafi obyekt olmayıb. Sovet dövründə yaranan bu məntəqələrə ideoloji xarakterli adlar qoyulurdu. Digər tərəfdən, bizim qədim yer adlarımız da o dövrdə ideoloji məqsədlərlə dəyişdirilmişdi. Sonrakı mərhələdə bu adların çoxu bərpa olundu”.
“Yer adının özü də bir mənbədir. O, xalqın yaddaşında yaşayır, həm yazılı, həm də şifahi ədəbiyyatda əks olunur. Bu bizim etnoqrafik ənənəmizin bir parçasıdır. Bəzən fonetik düzgünlük pozulur, biz də həmin hallarda bərpa edirik. Bu prinsiplər indi də qüvvədədir”.
Toponimiya Komissiyasının üzvü əlavə edib ki, hələlik komissiyanın növbəti iclası keçirilməyib.
“İclas keçirildikdə hörmətli akademik İsa Həbibliyin rəhbərliyi ilə təqdim olunan təkliflərə baxacağıq. Orada həm yaşlı, həm də gənc nəsildən olan mütəxəssislər - dilçilər, tarixçilər və coğrafiyaçılar iştirak edəcəklər. Mövcud təcrübəni və elmi əsasları nəzərə alaraq yeni adlarla bağlı təklifləri diqqətlə dəyərləndirəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri