Icma.az
close
up
RU
Bu kişilər daha çox YAŞAYIR

Bu kişilər daha çox YAŞAYIR

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oksford Universitetinin Leverhulme Demoqrafik Elmlər və Sosiologiya Departamentində aparılan araşdırma erkən yetkinlik dövründə ev sahibi olmağın kişilərin gözlənilən ömür uzunluğuna müsbət təsir etdiyini ortaya çıxarıb.

Tədqiqat dr. Keysi Brinin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən 1920-1940-cı illərdə ABŞ-da aparılan siyahıyaalma məlumatları və ölüm qeydləri əsasında həyata keçirilib. Araşdırmada 24-35 yaş aralığında ev sahibi olan kişilərlə kirayədə yaşayanların gözlənilən ömür uzunluğu müqayisə edilib.

Nəticələr göstərir ki, 20-ci əsrin əvvəllərində doğulan amerikalı kişilər arasında erkən yetkinlik dövründə ev sahibi olanların gözlənilən ömrü kirayədə yaşayanlarla müqayisədə 4-6 ay daha uzun olub. Etnik mənsubiyyət baxımından fərqlərə gəldikdə, ev sahibi olmaq qaradərili amerikalı kişilərin ömrünü orta hesabla 0,36 il, ağdərili amerikalı kişilərin ömrünü isə 0,42 il artırıb.

Keysi Brin nəticələri belə izah edir: “Mənim araşdırmam göstərdi ki, ev sahibi olmanın ömür uzunluğuna statistik əhəmiyyətli dərəcədə müsbət təsiri var. Bu təsirin əsas səbəbi evin pul dəyəri deyil, daha çox sosial və psixoloji amillərlə bağlıdır. Ev sahibi olmaq, aidiyyət hissini gücləndirir, psixoloji rifahı yüksəldir və daha yaxşı yaşayış şəraiti təmin edir”.

Araşdırma, həmçinin göstərib ki, erkən yaşda ev sahibi olmağın faydaları etnik mənsubiyyətə görə fərqlənir. K.Brin qeyd edib ki, qaradərili amerikalıların ev sahibi olmaq imkanlarını artıran sosial məsələlər, qara və ağdərili kişilər arasındakı ömür uzunluğu fərqini azaltmağa kömək edə bilər. Bu baxımdan, mənzil siyasətində bərabər imkanların təmin edilməsi daha böyük sosial fayda verə bilər.

Tədqiqat həmçinin əmlakın dəyərinin ömür uzunluğuna təsirinin minimal olduğunu göstərib. Yəni evin maddi dəyərindən daha çox, ev sahibi olmanın sosial mühitə aidiyyət, psixoloji faydalar və daha yaxşı yaşayış şəraiti ilə əlaqəli təsirləri önə çıxıb. Bu tədqiqat ev sahibi olmaqla gözlənilən ömür uzunluğu arasındakı əlaqəni ortaya qoyan ilk araşdırmalardan biridir. Nəticələr kirayədə yaşayan şəxslərlə müqayisədə erkən yaşda ev sahibi olan kişilərin 65 yaşına qədər 6 ay daha çox yaşadığını göstərir. Brin bu tapıntının sosial siyasətlərin planlaşdırılmasında mühüm rol oynayacağını vurğulayıb.

Bu araşdırma sosial mənzil siyasətinin bərabər imkanların təmin olunmasında və sosial ədalətin gücləndirilməsində necə təsirli ola biləcəyini göstərir. (Publika.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Dekabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see140

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see135

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see124

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see120

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see118

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see113

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri