Bu klubun bütün futbolçuları komandadan qovuldu
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bosniya və Herseqovinanın “Sloboda Tuzla” klubunun prezidenti Azmir Husiç baş məşqçi Zlatan Naliç və bütün futbolçuları komandadan qovub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, buna ölkə çempionatındakı zəif nəticələr səbəb olub. Komanda Premyer Liqada keçirdiyi 17 matçın 15-də uduzub, 2-də heç-heçə edib.
A.Husiç ölkəsinin mətbuatına açıqlamasında bu addımı atmaqla həyatının ən çətin qərarlarından birini verdiyini deyib. O, kollektivi yenidən formalaşdıracaqlarını və liqada qalmaq üçün mübarizə aparacaqlarını bildirib.
Qeyd edək ki, 1919-cu ildə əsası qoyulan "Sloboda Tuzla" hazırda turnir cədvəlində sonuncu pillədədir.

Argentina millisinin sabiq müdafiəçisi bu komandadan qovuldu
13 May 2025 15:34
Məşhur futbolçu bu VİDEOsuna görə komandadan QOVULDU FOTO
05 İyul 2025 19:33
Klub prezidenti zəif nəticələrə görə bütün futbolçuları komandadan qovub AZƏRTAC
17 Dekabr 2024 16:21
Gənc qadın futbolçu açıq saçıq şəkillər paylaşdı, komandadan qovuldu (FOTO)
04 İyun 2025 19:25
NFL in ən kök oyunçusu artıq çəkiyə görə komandadan qovuldu
26 Avqust 2025 23:45

