Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı (Video)
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinazlarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb.
Bunu Milli.Az-a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib.
Onun sözlərinə görə, 250 manatlıq əskinaz ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəfə dövriyyəyə buraxılıb.
"Əskinaz dövlətin sifarişi ilə Fransa Mərkəzi Bankında çap olunub. Digər köhnə Azərbaycan əskinazlarında olduğu kimi, 250 manatlığın da dizaynını görkəmli xalçaçı rəssam Eldar Mikayılzadə hazırlayıb. Dizaynda əsasən xalça motivlərindən istifadə olunub", - deyə F.Məmmədov bildirib.
Numizmat qeyd edib ki, 250 manatlıq əskinazın ölçüləri 63x125 millimetrdir. Əskinazın ön hissəsində "Qız qalası", "Azərbaycan Milli Bankı" yazısı, nominal dəyər və seriya nömrələri əks olunub. Arxa hissədə isə milli ornamentlərlə haşiyələnmiş xalçaşəkilli çərçivənin daxilində Azərbaycan Milli Bankının təsviri yer alıb. Əskinazın əsas qoruyucu elementlərindən biri üç alovdan ibarət su nişanıdır.
"Bu əskinazlar 2006-cı ildə denominasiya aparıldıqdan sonra dövriyyədən çıxarılıb. Hazırda adi, dövriyyədə olmuş, lakin ciddi xarici qüsurları, ləkələri və qat izləri olmayan nümunələrə Bakıda təxminən 1-2 manat qiymət qoyulur. Dövriyyəyə buraxılmamış, əla vəziyyətdə olan nümunələrin qiyməti isə tələb-təklifdən asılı olaraq 4-10 manat arasında dəyişir", - deyə numizmat vurğulayıb.
F. Məmmədovun sözlərinə görə, 250 manatlıq əskinazı kolleksiyaçılar üçün daha dəyərli edən əsas amillərdən biri onun vəziyyətinin yaxşı səviyyədə olması ilə yanaşı, unikal seriya nömrəsinə və ya ciddi çap xətasına malik olmasıdır.
"Kolleksiyaçılar əsasən təkrəqəmli, ikirəqəmli, radar seriyalı, aşağı seriyalı və xüsusilə də droblu prefiksə malik, ilk partiyadan olan nümunələrə üstünlük verirlər", - deyə o qeyd edib.
Numizmat eBay hərracında yaxın vaxtlarda satılan 250 manatlıq əskinazı buna nümunə göstərib.
"Bu əskinaz qısa müddət dövriyyədə olub. Onun əsas üstünlüyü drob prefiksə malik olması və 725-ci buraxılışdan olmasıdır. Bu, aşağı seriyalı əskinaz hesab olunur və kolleksiyaçıların arzuladığı nümunələrdəndir", - F. Məmmədov bildirib.
Onun sözlərinə görə, Almaniyalı satıcının hərraca çıxardığı həmin 250 manatlıq əskinaz 169 avroya, Azərbaycan valyutası ilə təxminən 329 manata satılıb.
"Əskinazın beynəlxalq sertifikasiyadan keçməsi də onun qiymətinə əlavə üstünlük verir. Məsələn, bir müddət əvvəl Bakıya dövriyyəyə buraxılmamış və PMG tərəfindən sertifikatlaşdırılmış 250 manatlıq əskinaz gətirilmişdi. Həmin nümunənin qiyməti 120 manat idi", - deyə F. Məmmədov əlavə edib.
F. Məmmədov bildirib ki, köhnə 250 manatlıq əskinazların dəyərini müəyyənləşdirərkən yalnız onların yaşına deyil, vəziyyətinə, seriya nömrəsinə, çap xüsusiyyətlərinə və sertifikasiyasına da diqqət yetirmək lazımdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Sentyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















