Bu küçədə hərəkət təhlükəsizliyi üçün hansı addımlar atılmalıdır? VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Mikayıl Müşfiq küçəsi, "Qurd qapısı" istiqamətində sürücüləri çətin vəziyyətə salan yol infrastrukturundakı problemlər barədə məlumat verilib.
Bildirilib ki, əvvəldə normal ölçülərlə başlayan sağ zolaq döngədə xeyli daralaraq heç bir standarta cavab vermir. Nəticədə, həmin zolaqda manevr edən avtomobillər sol tərəfdəki nəqliyyat vasitələrini sıxmağa məcbur olur.
Digər təhlükə isə irəlidəki dairədə yaşanır: Badamdar istiqamətindən gəlib geriyə dönən sürücülər sağdan gələn axına yol verməli olduqları halda Mikayıl Müşfiq küçəsindəki fasiləsiz hərəkət səbəbindən tez-tez təhlükəli manevrlər edirlər.
Vurğulanıb ki, sözügedən ərazidə təhlükəsizliyin təmin edilməsi üçün dairənin işıqforla tənzimlənməsi məqsədəuyğundur. Daralan sağ zolaq isə ya səki hesabına genişləndirilməli, ya da ləğv edilərək ərazidə zolağın daralmasını bildirən müvafiq yol nişanı qoyulmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 21 Avqust 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















