Icma.az
close
up
RU
Bu maşınlar sığortalanmır Sürücülər nə etməlidir? KONKRET

Bu maşınlar sığortalanmır Sürücülər nə etməlidir? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar bir çox taksi sürücüləri avtomobillərinin sığortası zamanı müəyyən çətinliklərlə qarşılaşdıqlarını deyir. Onlar sığorta şirkətlərinin müxtəlif səbəbləri əsas gətirərək sığortalamadan boyun qaçırdığını bildirir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan sığorta agenti Şahin İsmayılov bildirib ki, qanunvericiliklə sığorta şirkətinin imtina vermək hüququ yoxdur:

“İmtina onun lisenziyasının ləğv olunmasına gətirib çıxara bilər. Ümumiyyətlə, sığorta müqavilələri sığorta agentləri vasitəsi ilə həyata keçirilir. Amma hər bir sığorta şirkətinin onlayn sistemi var ki, hər bir vətəndaş o sistem vasitəsi ilə öz sığortasını yaza bilər. Amma böyük vətəndaşların böyük əksəriyyəti bu onlayn sistemlərdən istifadə etmə qaydalarını bilmədiyinə görə sığorta agentlərinə müraciət etməyə məcburdular. Lakin sığorta şirkətləri bildirir ki, mühərrikinin həcmi kiçik olan  avtomobillərin sığorta qeydiyyatına qadağa var. Yəni son nəticədə bu müqavilənin bağlanmasına görə sığorta agentləri komissiya almır”.

Şahin İsmayılov qeyd edib ki, sürücülər sığortanı özləri onlayn qaydada həyata keçirməli, yaxud sığorta şirkətinin baş ofisinə müraciət etməlidir:

“Sığorta agentlərinin qazancı bağladığı müqavilədən gələn faiz hesabına ödənilir. Amma mühərrik həcmi kiçik avtomobillərə görə agentlərə komissiya verilmədiyinə görə onlar bu tip maşınlara sığorta müqaviləsi yazmaqda maraqlı deyillər.

Sürücünün üzərinə düşən vəzifə odur ki, ya bu müqaviləni özü onlayn sistem vasitəsi ilə həyata keçirməli, yaxud hər hansı sığorta şirkətinin baş ofisinə müraciət etməlidir. Amma sığorta şirkətlərinin imtinasının qanuni əsası yoxdur. Belə bir fakt aşkarlanarsa, Mərkəzi Bank həmin sığorta şirkətinin lisenziyasını ləğv edə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Yanvar 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri