Bu maşınlarla bağlı sensasiyalı qərar 3 il davam edəcək!
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, ölkədə "ikinci əl" avtomobillərin rəsmi satışı üçün yeni vergi mexanizmi və prosedur müəyyənləşdirilir.
"Yeni Sabah" xəbər verir ki, qanun layihəsinə görə, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlər tərəfindən istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə edilən "ikinci əl" avtomobillərin satışı zamanı 3 il müddətinə əlavə dəyər vergisinin (ƏDV) avtomobilin ümumi dəyərindən deyil, məhz ticarət əlavəsindən (marjadan) hesablanması təklif olunur.
Sənəddə qeyd olunur ki, rəsmi diler şəbəkələri ilə keçirilən görüşlər zamanı istehsal tarixi 5 ildən çox olmayan istifadə edilmiş avtomobillərin alqı-satqısı üzrə yaranan yüksək ƏDV yükü əsas problemlərdən biri kimi qaldırılıb. Mövcud şirkətdaxili siyasətə uyğun olaraq, dilerlər bu nəqliyyat vasitələrini komisyon ticarəti formasında deyil, birbaşa alıb yenidən satmaqla rəsmiləşdirirlər. Online alış-veriş
Nəticədə ƏDV satışın tam məbləğindən hesablanır ki, bu da yalnız dilerin ticarət marjasına deyil, avtomobilin ümumi qiymətinə ağır vergi yükünün düşməsinə səbəb olur.
Mövcud yanaşmanın komisyon ticarəti ilə müqayisədə rəsmi dilerlər üçün qeyri-bərabər rəqabət şəraiti yaratdığı, ikinci əl avtomobil bazarında qiymətlərin süni artımına və qeyri-rəsmi dövriyyənin genişlənməsinə yol açdığı vurğulanıb. Yeni mexanizmin tətbiqi isə vergitutmanın iqtisadi mahiyyətinə uyğun olmaqla yanaşı, rəsmi avtomobil bazarının inkişafına, maliyyə şəffaflığının artırılmasına və orta və uzunmüddətli perspektivdə büdcə daxilolmalarının artmasına xidmət edəcək.
Müzakirələrin yekununda səsverməyə çıxarılan qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Noyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















