Icma.az
close
up
RU
Bu məğlubiyyətə görə kimisə qınamağa dəyməz Füzuli Məmmədov

Bu məğlubiyyətə görə kimisə qınamağa dəyməz Füzuli Məmmədov

Icma.az, Fanat portalına istinadən məlumat verir.

DÇ-2026-nın seçmə mərhələsi çərçiəsində dünən son oyununu öz meydanında Fransa seçməsinə qarşı keçirən və 1:3 hesabı ilə uduzan Azərbaycan yığması tsikli 1 xalla başa vurdu. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb təmsilçimizin çıxışını dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Fransa yığması dünya çempionatına vəsiqəni millimizlə oyundan əvvəl təmin etdiyi üçün heyətində ciddi dəyişikliklər var idi. Amma bu dəyişikliklərin rəqibin keyfiyyətini aşağı saldığını düşünmürəm. Əksinə, özünü sübut etmək istəyən bəzi futbolçular daha böyük həvəslə mübarizə apardılar. Fransanın oyun dinamikası çox yüksək idi. "Xoruzlar"ın baş məşqçisi Didye Deşamın seçim imkanı çox genişdir. Hər mövqe üçün dörd seçim imkanı var. Ümumi baxsaq, 1:3 hesablı məğlubiyyətdə qeyri-adi nəsə axtarmaq olmaz. Bu səviyyədə rəqiblərlə başabaş oynamaq çətin məsələdir.

Müsbət məqamlara toxunsaq, yeganə qolumuzu vuran Renat Dadaşovun fəallığını, top səviyyədə müdafiə xəttinə qarşı inamla mübarizə apardığını vurğulamalıyam. Məzmunlu hücum qurduq, Renat da yaxşı ötürməni ustalıqla dəyərləndirərək həmin epizodda xoş təsir bağışladı. Qoldan sonra birinci zonada pis müdafiə olunmurduq. Lakin qonaq komanda sürəti artırdıqca səhvlərimiz də çoxaldı. Bir boşluq verdik və cinah asmasını qolla tamamlayaraq hesabı bərabərləşdirdilər. Fransa fasiləyədək  yekun nəticəni müəyyənləşdirdi. Düşünürəm ki, rəqibin səviyyəsini nəzərə alsaq, ikinci hissədə də yaxşı mübarizə apardıq və hesabın böyüməsinə imkan vermədik. Ayrı-ayrı epizodlarda müdafiəçilərimizin fədakarlığını da qeyd etməliyəm. Əllərindən gələni etdilər, sonadək oyundan "qopmadılar". Bu məğlubiyyətə görə kimisə qınamağa dəyməz. Realist olmaq lazımdır, uşaqlar əziyyət çəkdilər, bütün güclərini meydanda qoydular. Milli komandamıza növbəti oyunlarda uğurlar arzulayıram".

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://fanat.az
archiveBu xəbər 17 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri