Bu məhsullar daha 3 il ƏDV dən azad edilir
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda istehsal olunan (o cümlədən, sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə - 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Bundan başqa, layihəyə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı, eləcə də satışı daha 3 il müddətinə - 2029-cu ilin sonuna qədər ƏDV-dən azad olunacaq.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Noyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















