Icma.az
close
up
RU
Bu məhsulların dadı Zahid Orucun damağından getməyib

Bu məhsulların dadı Zahid Orucun damağından getməyib

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər dünyada baş verən müharibələr, pandemiya, iqlim dəyişiklikləri və beynəlxalq logistika böhranları bütün dövlətlərə bir həqiqəti yenidən xatırlatdı: ərzaq milli təhlükəsizlik məsələsidir".

Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

Deputat əlavə edib ki, bir zamanlar Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın "Gülöyşə" narı, Lənkəranın çayı, Gədəbəyin Ağ çiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatların qorunmasının və elmi toxumçuluğun nəticəsi idi. "Onlar dadına, ətrinə, qidalılıq dəyərinə, yerli iqlimə uyğunluğuna, xəstəliklərə davamlılığına görə seçilirdi. Təsadüfi deyil ki, XX əsrin  80-ci illərində Göyçay narının tingləri ilə ABŞ-da plantasiyalar salınırdı.
Bəs, onda indi niyə görə, uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir? Çünki  yüksək məhsuldarlıq naminə keyfiyyəti və milli sortların genefondunu itiririk. Hibrid sortlar daha çox məhsuldardır, daşınmaya davamlıdır, eyni ölçüdə yetişir, uzun müddət xarab olmur, iri ticarət şəbəkələrinin tələblərinə uyğun gəlir. 

Əlbəttə, hər bir dövlət xaricdən aqrar texnologiyaya idxal edir. Fransanın, Hollandiyanın, İtaliyanın, Türkiyənin, İsrailin, ABŞ-ın toxumçuluq sahəsində qazandığı nailiyyətlərdən bəhrələnmək gərəkdir.

Lakin qanun layihəsi yerli seleksiya məktəbinin bərpasına, toxumçuluq üzrə elmi institutların və təcrübə təsərrüfatlarının gücləndirilməsinə, azad edilən ərazilərdə müasir toxumçuluq və seleksiya mərkəzlərinin yaradılmasına, yerli sortların dövlət reyestrinin və milli genetik ehtiyatların mühafizəsinə xidmət edir",-deputat qeyd edib.

Z.Oruc onu da xatırladıb  ki, Azərbaycanın ümumi torpaq fondu 8,64 milyon hektardır: "Onun 4,8 milyon hektarı kənd təsərrüfatına, 1.8 milyon hektarı isə əkinə yararlıdır. Göründüyü kimi, münbit torpağımız qeyri-məhdud deyil - ona görə məhsuldarlığın əsas mənbəyi keyfiyyətli toxum, elm və müasir aqrotexnologiyadır.

2025-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 14 milyard manatdan artıq olub. Əhalisi ölkəmizə yaxın olan Belarus ötən il dünyanın 110 ölkəsinə 10 milyard dollardan artıq kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edib.

2024-cü ildə ölkəmiz qarğıdalı toxumu üzrə 6,57 milyon dollar dəyərində, 1,14 milyon kiloqram idxal həyata keçirib. Əsas tədarükçülər Türkiyə, Serbiya olub. 3,58 milyon dollar dəyərində 6,31 milyon kiloqram toxumluq kartof idxal edib. Tədarükçülər eynidir. Halbuki hər iki məhsulun ölkəmizdə əsrlərdən gələn genləri var. Norveçdə yerləşən Svalbard Qlobal Toxum Anbarı hazırda 1,3 milyondan çox toxumun genetik ehtiyatlarını saxlayır. Gedib xalqımızın əkdiyi qədim nümunələri alıb ölkəmizə qaytarmaq gərəkdir ki, insanların ağız dadı özünə qayıtsın. 
Milli Məclisin gündəliyində 17-ci məsələyə - torpaqların birləşdirilməsinə hazırki layihə ilə vahid məqsədlə baxdıqda tam əmin oluruq ki, dövlətimiz aqrar sferada çoxdan gözlənilən mühüm addımları atır. Ola bilsin kimsə, kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsini sovet dövrünün kolxozlaşma siyasəti ilə müqayisə etsin. Lakin bütün faydalarına rəğmən kolxozlaşma hərəkatı xüsusi mülkiyyətin ləğvi və torpaqların dövlət nəzarəti altında kollektivləşdirilməsi üzərində qurulmuşdu. Təklif olunan layihələr isə tam əksinə, xüsusi mülkiyyət hüququnu qorumaqla, torpaq sahiblərinin razılığı və ekvivalent bazar dəyəri prinsipi əsasında parçalanmış torpaq sahələrinin daha səmərəli istifadəsinə xidmət edir. Torpaq konsolidasiyası Avropada artıq 100 ildən çoxdur tətbiq olunur.

Əgər 2020-ci ildə biz ərazilərimizi azad etdiksə, indi həmin torpaqları becərməklə Qələbəni ərzaq suverenliyinə çevirməliyik".

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyul 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri