Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

“Bu, mənim problemim deyil” Santuş

“Bu, mənim problemim deyil” Santuş

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan milli komandasının baş məşqççisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

“Qafqazinfo” portuqaliyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

- Qarşıdakı iki oyundan gözləntiləriniz nədir? 

- Gözləntilər həmişə olduğu kimi yaxşı məşq etmək, yaxşı hazırlaşmaq və qalib gəlməkdir.

- Elə futbolçu oldu ki, yığmaya dəvət etmək istədiz, ancaq tərəddüd etdiz?

- Əlbəttə, bəzi oyunçular var ki, istəyərdim dəvət edim, amma zədəli olduqları üçün alınmadı. Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Mustafaza Əhmədzadə, Amin Seydiyev və Aleksey İsayevdir. Bundan əvvəlki toplanışda Ramill Şeydayevə Ozan Can Kökçü də dəvət edilmişdi. Son oyunlarda klublarında mütəmadi oynamırlar. Ona görə də dəvət edilməyiblər. Oynamayan futbolçu toplanışa dəvət almayacaq. Gələcəkdə mütəmadi oynasalar, yenə də millinin qapısı onlara açıqdır. 

- Mətbuatda yayılan xəbərlərə görə, milli qarşıdakı iki oyunda uduzsa, sizin kreslonuz laxlayacaq...

- Bu, mənim problemim deyil. Sadəcə gəzən söz-söhbətlərdir. Necə vacab verəcəyimi bilmirəm. Bu məsələyə AFFA rəhbərliyi baxır.

- Sizin gəlişinizdən sonra millidə hansı istiqamətdə inkişaf olub? Nəticələr bəllidir, oyun sarıdan da nəsə görünmür...

- Bu layihə uzun yoldur. Bir çox oyunçular bizimlə toplanışda olublar, bizi tanıyırlar. Biz öz yolumuzla davam etməliyik. Uğuru bu yolun davamında görürəm.

- Premyer Liqamızın səviyyəsini 10 ballıq şkalada necə ölçərsiniz?

- Ümumi çempionata necə bal verərəm? "Qarabağ"ın hansı səviyyədə iştirak etdiyini bilirik. Amma ümumi çempionata 10 ballıq şkalada 5 bal verərdim. Hər komandanın baş məşqçisi çalışır ki, istəklərinə nail olsun, reallaşdırsın. 10 komandadan 3-4-ü yuxarı yerlər uğrunda mübarizə aparır.

- Vüsal İsgəndərlini niyə milliyə dəvət etmirsiz?

- Millinin heyətinə 25 oyunçu dəvət oluna bilər. 55 oyunçu çağıra bilmərik. Vüsal İsgəndərli klubunda bəzən sağ cinah müdafiəçisi kimi çıxış edir. 

- Klubunda mütəmadi oynamayanı milliyə dəvət etməyəcəyinizi bildirdiniz. Nəzərə alsaq ki, yeni mövsümdən legioner limiti olmayacaq. Onda milliyə məcbur qalıb mütəmadi oynamayanları çağıracaqsız?

- Biri var, klubunda 5-10 dəqiqə oynayasan, biri də var ki, davamlı olaraq iştirak ərizəsində olmursan, ehtiyatda oturursan. Mən bu oyunçuları nəzərdə tuturdum. Hərənin öz klubu var, hər bir məşqçinin də qərarına hörmətlə yanaşıram. Hansısa məşqçi bir futbolçunun oynamasına, digərinin oynamamasına qərar verir. Əgər söhbət millidən gedirsə, bura dəvət olunan futbolçunun oyun praktikası olmalıdır. Bizim əlimizdə xaricdə oynayan elə də çox oyunçu yoxdur. Var, amma çox azdır. Biri Renat Dadaşovdur. Milliyə dəvət olan futbolçular mütəmadi oynamalıdırlar.  Gəlin, gözləyək. Qarşıdakı çempionatda vəziyyət necə olacaq, ondan sonra bu haqda danışarıq. Mən də istəyərdim ki, yerlilər daha çox oynasın. Premyer Liqaya iki komanda da da gələcək.

- Mövsüm başa çatan kimi milli üzvləri çox da istirahət etməyəcək. Onları necə motivasiya edəcəksiz?

- Ümid edirəm ki, onların motivasiyalarına pis təsir etməz. Biz ayın 27-dən toplanışa başlayacağıq. Cədvəli elə qurmuşuq ki, gündəlik 1 məşq olsun və futbolçular ailələri ilə çox vaxt keçirsinlər. Kubokun finalında oynayacaq oyunçulara 3 gün istirahət veriləcək. Ailələri ilə vaxt keçirdikdən sonra bizə qoşulacaqlar. Əgər sənin milli ruhun, milliyə sevgin varsa, ora hər zaman motivasiya ilə gedəcəksən. Harada çalışmışamsa, oyunçular milliyə motivasiya ilə gəliblər. Oyunçularımı bir müddətdir tanıyıram, onlara güvənirəm. İnanıram ki, onlar milliyə gələndə sevinirlər. 

- Yekun olaraq, optimal heyəti nə vaxt formalaşdıracaqsız?

- Milliyə 25 oyunçu dəvət edilir. Əksəriyyəti eyni oyunçulardır. Mən Millətlər Liqasının qalibi olmuşam.

- Gənc həmkarımıza əsəbiləşdiz. Sizə güvənirik, amma nəticə yoxdur...

- Xeyr, əsəbiləşməmişəm. Yoldaşlıq görüşləri odur ki, oyunçuları yoxlayaq. Hər dəfə toplanışlara yeni oyunçular cəlb olunmalıdırlar ki, millinin ab-havasını hiss etsinlər. Onların gələcəkdə millidə oynamaq imkanı olub-olmamasını görərsən. Eyni şey Yunanıstanda, Portuqaliyada da baş verdi. Hazırda Portuqaliya millisində oynayanların çoxusu 18-19 yaşlarında mənim dəvət etdiklərimdir.

- Şahruddin Məhəmmədəliyev "Qarabağ"da demək olar ki, oynamır. Amma onu milliyə dəvət edirsiz. Azərbaycanda elə gənc qapıçı yoxdur ki, indidən dəvət edib, ona etibar edəsiz...

- Qapıçı futbolda ən spesifik mövqedir. Qapıda biz az rotasiya edirik. Son toplanışda Şahruddin zədələndi və Əlirza Müştəbəzadəni milliyə dəvət etdik. Rza Cəfərov var, perspektivi olan qapıçıdır. Şahruddin də təcrübəli qapıçıdır və düşünürəm ki, təcrübəsi ilə yanındakı kömək edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 May 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see363

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see317

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see283

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see259

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see256

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see247

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see236

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see230

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see228

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see226

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see210

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see209

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see206

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see203

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see202

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see201

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see198

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see197

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see187

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri