Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Onunla şəxsi problemim yoxdur Santuş

Onunla şəxsi problemim yoxdur Santuş

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

Globalinfo.az bildirir ki, portuqaliyalı mütəxəssis millinin heyətini açıqlayıb və suallara cavab verib:

– Mehdi Cənnətov buna qədər əsas qapıçı idi. Onun bu dəfə siyahıda olmaması nə ilə bağlıdır?

– Texniki qərardır. Məşqçilər heyəti var. Mehdi ilə şəxsi heç bir problem yoxdur. Son oyunlarda çıxışı ürəkaçan deyildi, bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim.

– Mahir Emreli Estoniya ilə görüşdə olmayacaq, Renat Dadaşov isə əməliyyat edilib. Hücum xəttindəki problemləri necə aradan qaldıracaqsız?

– Həmişə çıxış yolu tapılmalıdır. Əlimizdə hansı materiallar varsa, çalışacağıq ki, onunla çıxış yolu tapaq. Bəzi oyunçular var ki, bu vəziyyətdən çıxmağımıza kömək olacaq. Qarşıdakı məşqlərdə oyunçuları yoxlayacağıq. Sonda qərara alacağıq ki, kim hücumda oynayıb, bizə kömək ola bilər. Məşqlər zamanı baxacağıq ki, kim sualımıza cavab verə bilir.

– Millətlər Liqasında ciddi uğur mümkün deyil. Olmazdı ki, gələcəyə bağlı gənclərə üstünlük verəsiz?

– Biz də hazırda onu edirik. Dəvət olunmuş oyunçuların ümumi orta yaş həddinə baxsaz, görərsiz ki, 25-dir. Bu toplanışa iki yeni gənc də cəlb olunub. Məşqlər zamanı onları yoxlanışdan keçirəcəyik. Baxacağıq ki, hansılar gələcəkdə bizə kömək ola bilər. Gənc oyunçuların yanında təcrübəlilər də olmalıdır ki, onlara baxıb, nəsə öyrənib inkişaf etsinlər. Yalnız gəncləri də çağırmaq düzgün alınmaz. Amma fikrinizlə razılaşıram.

– Arif Əsədovun gedişindən sonra demişdiz ki, yerli köməkçi məşqçi gətirəcəksiz. Ancaq bu təyinat baş tutmayıb. Hətta mediada yayılan xəbərlərə görə, Kamran Ağayevi də komandadan kənarda saxlayırsız…

– Xeyr, bu düzgün xəbər deyil. Sabah Kamran Ağayev bizimlə olacaq. Birinci suala gəldikdə, işlər gedir. Qarşıdakı toplanışlarda baxacağıq ki, hansı məşqçini korpusumuza daxil edə bilərik. Heç də asan deyil. Çox çətindir. Köməkçi işi elədir ki, baş məşqçiyə həqiqətən köməyi dəyməlidir. Bunun üzərində AFFA ilə bərabər işlər gedir.

– Qəbələ dağlıq ərazi olduğuna görə futbolçularda orada oynayanda tənəffüslə bağlı bəzən problem yaranır. Oranın iqlimini bilirsiz?

– Artıq iki dəfə Qəbələdə olmuşam. Üzr istəyirəm, dünyanın hər yerində futbolçular hər bir iqlimə adaptasiya olurlar. Bu, sadəcə olaraq bəhanə ola bilər. Çoxlu bəhanələr ola bilər, dağlıq ərazidir, yağış yağdı filan. İnanın ki, istək olarsa, bu dediyim amillər bəhanə deyil. 3000 metr hündürlükdən danışmırıq. Bəzi komandalar 3000 hündürlükdə oynayırlar, amma problem yaşamırlar.

– Mustafa Əhmədzadə sizi hansı planda cəlb etdi?

– Oyunlarını gördüm və məni cəlb etdi. İşimizin bir hissəsi də oyunçulara baxmaq, Premyer Liqa matçlarını izləməkdir. Məşqçilərimizlə birlikdə qərar verdik ki, onu milliyə cəlb edək.

– Amin Seydiyevi əvvəl əsas heyətdən çıxarmışdınız. Ancaq indi onu milliyə dəvət etdiniz. Bu müddətdə Seydiyev inkişaf edib?

– Bundan iki toplanış öncə Seydiyevi çağırmışdım. Ondan sonrakı toplanışlarda milliyə cəlb olunmadı. Çünki həmin mövqedə başqa oyunçulara şans vermək istədim. Oyunları izləyirik. Bəzi futbolçuların oyunu bizi cəlb edir. Texniki qərardır.

– Növbəti iki oyunda da məğlubiyyətlər olsa, bunu necə qarşılayacaqsız?

– Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bir şeyi vurğulamaq lazımdır ki, yeni layihənin başlanğıcındayıq. İş gedir. Hamılıqla bərabər bunun üzərində çalışırıq. Heç nə bizi tutduğumuz yoldan çəkə bilməz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see650

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see443

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see439

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see405

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see389

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see384

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see346

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see285

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see271

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see267

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see249

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see244

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see230

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see226

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see226

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see225

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see222

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see217

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri