Icma.az
close
up
RU
Bu məşhur avtomobil şirkəti istehsalı azaldır

Bu məşhur avtomobil şirkəti istehsalı azaldır

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın idxal olunan avtomobillərə tətbiq etdiyi yeni tariflər birbaşa "Nissan"-ın istehsal planlarına təsir edib. 

"Cebheinfo.az" xəbər verir ki, Yaponiyanın avtomobil nəhəngi "Nissan", ABŞ-ın idxal edilən avtomobillərə tətbiq etdiyi yeni tariflərə cavab olaraq, şirkətin ABŞ-da ən çox satılan modellərindən olan "Rogue SUV"-nin Yaponiyada istehsalını müvəqqəti olaraq azaltmaq qərarına gəlib. 

Məlumata görə, bu plan hələ rəsmi olaraq açıqlanmayıb.ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə tətbiq edilən 25 faizlik yeni gömrük rüsumu qlobal avtomobil tədarük zəncirində əhəmiyyətli dəyişikliklərə səbəb olub. Yaponiyanın üçüncü ən böyük avtomobil istehsalçısı olan "Nissan"-ın bu prosesdə rəqiblərindən daha çox tariflərdən təsirləndiyi bildirilir. Şirkətin keçən il ABŞ-da satdığı avtomobillərin əhəmiyyətli bir hissəsi Yaponiya və Meksikada istehsal edilib.

Şirkət may-iyul aylarını əhatə edən üç aylıq dövrdə Kyushudakı əsas istehsal müəssisəsində "Rogue" istehsalını təxminən 13 min ədəd azaltmağı planlaşdırır.Bu, ilin birinci rübündə ABŞ-da satılan bütün "Rogue"nin təxminən beşdə biri deməkdir. Eyni mənbə, istehsal planındakı bu dəyişikliyə baxmayaraq, iki növbəli sistemin davam edəcəyini, lakin bəzi günlərdə istehsalın dayandırılacağını və işçilərin daha az saat işləyəcəyini bildirib.
"Nissan" tərəfindən verilən açıqlamada deyirlir:

"İstehsal proseslərimizi və təchizat zəncirimizi nəzərdən keçiririk. Biz səmərəlilik və davamlılıq baxımından ən uyğun yanaşmaları diqqətlə qiymətləndiririk".

ABŞ bazarında "Nissan" üçün əsas model olan "Rogue" ötən il ölkədə təxminən 246 000 ədəd satılıb ki, bu da şirkətin ümumi satışlarının dörddə birindən çoxunu təşkil edib. Şirkət həmçinin Yaponiyadan kənarda Tennessi ştatındakı Smyrna fabrikində "Rogue" istehsal edir."Nissan" əvvəllər elan etdiyi istehsalı bir növbəyə endirmək planından imtina edərək, Smyrnada "Rogue" istehsalını iki növbədə davam etdirməyə qərar vermişdi.

Nigar
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri