Icma.az
close
up
RU
Bu, milçək vızıltısı təsiri bağışlayır Deputatdan cavab

Bu, milçək vızıltısı təsiri bağışlayır Deputatdan cavab

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bugünkü səfərinin ölkəmiz və bütövlükdə region üçün sülhün məhkəmlənməsi, əməkdaşlıq, əmin-amanlıq baxımından böyük perspektivlər vəd etdiyi düşüncəsindəyəm və bu haqda daha bir neçə kəlmə fikir bildirmək istəyirəm. Öncə onu deyim ki, cənab Vensin səfəri rəmzilikdən uzaqdır; ABŞ-nin regionla bağlı yeni strategiyasının reallaşdırılması üçün konkret əməkdaşlıq təklifləri və razılaşmaları özündə cəmləşdirir. Bu o deməkdir ki, bizim region artıq geosiyasi qarşıdurma plasdarmından geoiqtisadi əməkdaşlıq platformasına çevrilir, Vaşinqton burada arbitr yox, sponsor kimi çıxış etmək niyyətindədir və elə artıq edir də".

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib. 
Onun sözlərinə görə, amma orasını da deməliyik ki, ABŞ-nin öncəki rəhbərliyinin də böyük maneçilik törətməsinə rəğmən, bu çevrilişin himini qoyan, onun baş tutması üçün reallıq yaradan məhz Azərbaycan dövləti, dövlətimizin başçısı cənab İlham Əliyevdir.  "Ona görə də indi regiona hay diasporuyla sıx əlaqəsi olmuş hansısa məmur yox, ilk növbədə Amerikanın çıxarları üçün çalışan və oradakı hakimiyyət iyerarxiyasında ikinci adam sayılan vitse-prezidentin gəlməsi bizim üçün çox  mühümdür",- o vurğulayıb.

Dedi əlavə edib ki, Vensin İrəvandakı mətbuat konfransında dediyi "Sülh keçmiş yox, gələcək üçün yaradılır" sözləri elə əslində bu  miflərlə, uydurmalarla, nifrətlə dolu qaranlıq keçmişə dönüş yoxdur: "Burada mən bir məsələni özəlliklə vurğulamaq istəyirəm. ABŞ-dəki daşnak yığnağı, eləcə də  guya din təəssübü çəkən bəzi çevrələr səfər öncəsi böyük kampaniya başladaraq miatsumçu rejimin haqqında artıq məhkəmə qərarı çıxarılmış təmsilçilərini həbsdən buraxdırmağa çalışırlar. Əminəm ki, cənab Tramp da, onun komandasındakılar da burada qətiyyən humanitar niyyət güdülmədiyinin, iki ölkə arasında növbəti qarşıdurma üçün hazırlıq görməyə çalışıldığının yaxşı fərqindədirlər. Bu regionda sülhdə maraqlı olmayan dövlətlərin parlament və parlamentarilərinin də bizim üçün milçək vızıltısı təsiri bağışlayan oxşar tələblər səsləndirməsi də məhz bunun təsdiqidir.

Sonda mən ümid etdiyimi bildirmək istəyirəm ki, bu səfər hər iki tərəf arasındakı əməkdaşlığın daha da dərinləşməsinə və genişlənməsinə yol açmaqla yanaşı, bu fonda qara ləkə təsiri bağışlayan 907-ci və SSRİ dağılandan üzü bəri heç bir anlam daşımayan Cekson-Venik düzəlişlərinin tam aradan qaldırılmasında oynadığı mühüm rolla yadda qalacaq. Qarşıda isə Vaşinqton danışıqları gözlənilir".

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Fevral 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri