Icma.az
close
up
RU
Bu modelə keçidlə sürücülərin maaşı arta bilər

Bu modelə keçidlə sürücülərin maaşı arta bilər

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni təlim proqramına start verib.

Bəs qadın sürücülərin iştirakının artırılması sərnişin–sürücü münasibətinə və ümumi nəqliyyat keyfiyyətinə necə təsir göstərəcək?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, qadınların nəqliyyatın müxtəlif sahələrində iştirakı gender bərabərliyinin bariz nümunəsidir:

"Qadınlar artıq fərqli nəqliyyat növlərinin idarə olunmasında yeni imkanları dəyərləndirirlər. Sevindirici haldır ki, Bakı şəhərində avtobusların idarə olunmasına da xanımlar maraq göstərir və ilkin təlimlərə cəlb olunan qadın sürücülərimiz var. Bundan əvvəl metro qatarlarında qadın maşinistlərin, eləcə də dəmir yolunda qadın maşinistlərin fəaliyyəti barədə xəbərlər yayımlanmışdı. İndi isə avtobus sürücüləri arasında da xanımların olması müsbət tendensiyadır. Bu cür addımlar şəhər daxilində sərnişin daşınmasının keyfiyyətini artırmaq baxımından vacibdir və davam etdirilməlidir. Daha peşəkar sürücülərin cəlb edilməsi üçün onların maaşlarının artırılmasına ehtiyac var. Bu sahə stresli olsa da, peşəkar sürücülər daha yüksək qiymətləndirilməlidir. Buna, həm sərnişin, həm də yükdaşıma sahəsində çalışan sürücülərə aiddir".

Ekspertin sözlərinə görə, daşıyıcılara subsidiya verilə bilər:

"Gələcəkdə islahatların nəticəsi olaraq “brutto” müqavilələrə keçid və kilometrə görə daşıyıcılara subsidiya verilməsi planlaşdırılır. Bu prosesdə sürücülərin maaşlarının artırılmasına da xüsusi diqqət yetirilməli, nəticədə ümumi xidmət keyfiyyəti yüksəlməlidir. Bundan əlavə, sürücülərin iş şəraitinin yaxşılaşdırılması vacibdir. İctimai nəqliyyat sürücüləri gün boyu yolda olduqlarından, son dayanacaqlarda onlar üçün sanitar qovşaqlar, ibadət yerləri və istirahət məkanları təmin edilməlidir. Şəhər rəhbərliyi bu şəraiti yaratmalıdır ki, cinsindən asılı olmayaraq hər bir sürücü iş yerində özünü rahat və komfortlu hiss etsin".

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Avqust 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see362

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see358

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see339

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see338

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see336

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see310

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see308

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see308

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see299

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see294

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see294

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see289

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see285

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see277

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see254

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see231

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see229

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see201

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri