Icma.az
close
up
RU
“Bu mövsüm mənim üçün faydalı oldu” Qurbanov

“Bu mövsüm mənim üçün faydalı oldu” Qurbanov

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Kəpəz” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Futbolçularıma təşəkkür edirəm. Çox faydalı, keyfiyyətli oyun oldu. Bir neçə tur əvvəl çempion olsaq da, bu gün bunu daha çox hiss etdik. Uşaqlar haqq etdikləri medallara bu gün qovuşacaqlar. Bizim üçün çox xoş gündür. Futbolçularımı ürəkdən təbrik edirəm. Stadiona gələn hər azarkeşə təşəkkür edirəm.

– Nəriman Axundzadənn müdafiənin sol cinahında oynaması nəə ilə bağlı idi?
– Millilərdə oynayan 6-7 futbolçuya istirahət vermişdim. Məşqlərdən də onları azad etmişdim. Çünki onlar milliyə yollanacaqlar. Həm azərbaycanlılar, həm də legionerlər də var. Sistemdə bir az dəyişiklik etmişdim. Nərimana sol hücumçusu kimi də tapşırıq verilmişdi. Bəzən müdafiəyə kömək edirdi. Proqramımıza görə, belə dəyişikliyə əl atmışdıq.

– Legioner limiti yığışdırıldıqdan sonra daha çox legionerlərə şans verəcəyinizi gözləmək olardı. Amma bu gün gənc oyunçuya da şans verdiz. “Qarabağ” gənc, perspektivli oyunçulardan əl çəkməyəcək?
– Həmişə bacarıqlı yerli oyunçulara şans vermişik. Yaxşıdırsa, meydana buraxırıq. İstənilən futbolçu üçün şərait yaradılır ki, əsas komandada məşq etsin, oynasın. Hikmət Cəbrayılzadə son 10 gündür ki, əsas komandadadır. Aftandil Hacıyev onun və Amin Rzayev haqda məlumat vermişdi. Biz şərait yaradırıq. Fərqi yoxdur legioner limiti olacaq, ya yox. Çox istəyərdim ki, meydandakı dəqiqələri daha çox olsun. Son vaxtlarda bəlkə bizdə çətin olar. Çempionuq, lider komandayıq, bizdən tələblər də çoxdur. Rotasiya etməyə vaxtımız olmur. O da ayrıca fəlsəfədir. İllər əvvəl belə hallar olub. Nəticədən asılı olmayaraq, yerlilərə üstünlük vermişik. avrokuboklarda 10 azərbaycanlı ilə oynamışıq. Özümüz də, Azərbaycan futbolu da bunun faydasını görüb. Biz daim onları möhkəmləndirməyə çalışırıq. Böyük futbol oynamaq üçün daha dözümlü olmalıdırlar. Şərait yaradacağıq. Hikmətə ona güvənimiz olduğunu göstərdik. Öz üzərində çox çalışmalıdır. Fiziki gücünü və faydalı iş əmsalını artırmalıdır. Belə uşaqlar görəndə, həm sevinirəm, həm də məyus oluram. Onlara daha çox şərait yarada bilmirəm. Bəzən fikirləşirəm ki, hər şeyi kənara qoyub gənclərlə çalışasan. Ancaq bəzi məsuliyyətlər var. Klub olaraq onu da qoruyub-saxlamalıyıq. İmkan olduqca, belə oyunçulara şans verəcəyik.

– “Qarabağ”ın illik maliyyə hesabat açıqlandı. Sponsor gəliriniz az görünürdü. Sizcə, sponsorun ödənişi az deyil? Baş sponsora görə, məbləğ kifayət qədər azdır..
– Orada elə görünür. Amma ümumən gələn pullar hamısı “Azərsun”un, klubun pullarıdır. Oradan 10 milyon yox 5 milyon gəlirsə, onu sponsordan götürə biləcəyik. Lazım olduqca, büdcəni götürürük. Hər il belə olmur. Təkcə Avropada gələn pul yoxdur, futbolçu satışından da pul gəlir. Lazım olduqca, sponsorlarla dil tapacağıq.

– Juninyonu icarəyə götürmək istəyərsiz?
– Hələ ki belə məlumat və söhbət yoxdur. Buradan gedən futbolçu olsa belə, bizə faydalı olacaqsa, onun geri qayıtmasına yox deməmişik. Juninyonun “Flamenqo”da işi bu gün yaxşı getmirsə, bu o demək deyil ki, belə davam edəcək. Onunla son dəfə zədə aldığı vaxtda danışmışdıq. Onun oyunlarını izləyirəm. “Flamenqo” böyük klubdur. Juninyo ilə danışığımız olmayıb.

– Bu mövsüm yaddaqalan nə oldu?
– Çempionluğumuzun üzərinə bir çempionluq da gəldi. Avrokuboklarda bu ilimiz uğursuz sayılır, çox fikirlər söylənilirdi. Amma çempionatda yerimizi qoruyub-saxlaya bildik. Bəzi səhvlərimiz, formadan geridə qaldığımız vaxtlar oldu. Bəzi futbolçularla dialoq hesabına komandanı ələ ala bildik. Çempionat və kubokda qaldıq. Hər çempionluq bizim üçün yaddaqalandır. Xeyli rotasiyalar etdik.

– İcarədə olan futbolçulardan kimsə geri qayıdacaq?
– Bu barədə futbolçularla və klublarla danışmamışıq. Mövsümün sonuna qədər bu barədə məlumat veriləcək.

– Çempionatımızın səviyyəsi yüksəlib, yoxsa aşağı düşüb?
– Biz heç vaxt aşağı düşməsi barədə düşünmürük. İldən-ilə insan faktoru dəyişir, elm inkişaf edir. Ayrı-ayrılıqda fərdi planda bəzi futbolçuların səviyyəsi aşağı düşürsə, iş rejimi artır. Çox nadir oyunlar olub ki, çox rahat qalibiyyət əldə etmişik. Hər oyunda çətinlik var. Düşünmürəm ki, çempionatın səviyyəsi aşağı düşüb. Premyer Liqanın oyunlarının keyfiyyəti süni örtüklü meydançlardakı oyunlarda aşağı düşür. Özü də, günorta saatlarında oynayırıqsa…Yerli məşqçilər nə qədər inkişaf edib. Oyunlarda hiss edirəm. Bizə qarşı sistemlər təşkil edirlər, bizi əks-hücumlarda tururlar. Bu mövsüm mənim üçün faydalı oldu. Hər bir məşqçinin, komandanın irəliləyişini görürəm, nəinki əksini.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 İyul 2026 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri