Icma.az
close
up
RU
Bu mövzuda beynəlxalq konfrans keçirilib

Bu mövzuda beynəlxalq konfrans keçirilib

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu mövzuda beynəlxalq konfrans keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə  dekabrın 10-da “Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib. Tədbridə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Ermənistanla sülhün əldə edilməsində maraqlı olduğunu bildirib.

Rəsmi İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır

O qeyd edib ki, Azərbaycan 2020-ci ildən əvvəl də sülhün əldə edilməsi üçün çalışıb: “Bu problemin kökü 100 illər əvvələ dayanır. 2020-ci və 2023-cü illərdə Ermənistanın işğalı altında olan torpaqların azad edilməsindən sonra sülh üçün imkanlar yaranıb. Lakin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi ilə bağlı Ermənistanın mövqeyi qeyri-müəyyən olaraq qalır. Ermənistanın ali qanunu olan konstitusiyada, o cümlədən digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır”.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizin Ermənistana sülh sazişi barədə təklif göndərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, qələbə qazanan ölkənin məğlub tərəfə sülh təklifi etməsi az hallarda baş verən prosesdir. O bildirib ki, Ermənistanla sülh sazişi barədə ABŞ-da, Rusiyada və Qazaxıstanda müzakirələr aparılıb.

Elnur Məmmədov: Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib

Sülhün əldə edilməsindəki maneələrdən danışan E.Məmmədov qeyd edib ki, Ermənistanın konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir. Digər bir problem isə bu ölkənin müxalifətinin mövqeyidir. “Azərbaycan torpağı olan Qarabağın Ermənistanın bir hissəsi adlandırılması onların milli “ideologiyası”dır, halbuki Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib. Ermənistanın davranışları Alma-Ata Bəyannaməsinə ziddir. Bu ölkə öz konstitusiyasında dəyişiklik etməməklə bərabər, reallıqları da təhrif edir. Müzakirələrdə Qarabağın Azərbaycanın bir hissəsi olması barədə suallara Ermənistan tərəfi cavab verə bilmir. Çünki ölkəmizə qarşı ərazi iddiaları onların qanunvericiliyində mövcuddur”, - deyə nazir müavini vurğulayıb.

Ermənistanın “fundamental qaydası”...

ADA Universitetinin hüquq fakültəsinin dekan müavini Cavid Qədirov Ermənistanın delimitasiya prosesində iştirakının öz konstitusiyasına zidd olduğunu qeyd edərək deyib: “Delimitasiya əsas vermir ki, sülh müqaviləsi imzalansa Ermənistan buna əməl edəcək. Ermənistan konstitusiyasının preambulasında ərazi iddiaları çox güman ki, “fundamental qayda” kimi təsnif edilir. Sülh müqaviləsi isə öhdəliklərlə potensial ziddiyyətlər yaradır. Hazırda ərazi iddiaları çıxarılmayıb və Ermənistanın qanunvericiliyində mərkəz olaraq qalır”.

Erməni ekspert: Ölkəmizdə insanlar konstitusiyanın işləmədiyini düşünürlər

Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə “Ermənistan konstitusiyası və qanunlarında sülh müqaviləsinə maneələr” mövzusunda birinci paneldə Milli Məclisin deputatı Erkin Qədirli, ADA Universitetinin hüquq fakültəsinin dekan müavini Cavid Qədirov çıxış ediblər.

Həmçinin, erməni ekspert Onnik Krikoryanın (“Zoom” vasitəsilə) çıxışı olub. O.Krikoryan deyib ki, Ermənistanda konstitusiyaya heç kim əhəmiyyət vermir, çünki insanlar onun işləmədiyini düşünürlər. Onun sözlərinə görə, Ermənistanın baş naziri də dəyişiklik, yenilik istəyir, ancaq konstitusiyaya dəyişiklik ölkədə ziddiyyətli məsələdir.

ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krnjeviç Miskoviçin moderatorluğu ilə keçirilən “Sülh naminə konstitusiyaların dəyişdirilməsi - beynəlxalq təcrübələr” adlı ikinci paneldə isə Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp, Türkiyənin Kadir Has Universitetinin prorektoru Mitat Çelikpala, siyasi elmlər üzrə professor və Avropa Şurası tərəfindən dəstəklənən İctimai siyasət məktəbinin (Tereza Ana) direktoru Zidas Daskalovski Avropa təcrübələrini, xüsusilə İrlandiyanın və Şimali Makedoniyanın nümunəsindəki presedentləri nəzərdən keçiriblər.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2024 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see271

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see268

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see265

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see261

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see244

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see236

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see228

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see211

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see207

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see204

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see204

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see198

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see198

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see197

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see195

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see180

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see178

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see174

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see168

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri