Icma.az
close
up
RU
Yaradıcı müəllimlər təltif olundu FOTO

Yaradıcı müəllimlər təltif olundu FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Redaktor.az xəbər verir ki, mükafatlandırılma mərasimində MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, millət vəkilləri Fariz İsmayılzadə, Tamam Cəfərova, Elçin Mirzəbəyli, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, ETN, MÜTDA və İdarənin müvafiq struktur bölmə rəhbərləri, müsabiqə qalibləri, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin direktorları və digər qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Nərminə Hüseynova “Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” təqdimat müsabiqəsinin əsas məqsədinin qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılmasından ibarət olduğunu bildirib.

Təhsilimizin inkişafı üçün istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac olduğunu deyən N.Hüseynova sürətlə dəyişən dövrün müəllimdən yeni ideyalar, yanaşmalar və təşəbbüslər tələb etdiyini bildirib.

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə müəllimlərin yaradıcı potensialını üzə çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək baxımından bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Millət vəkili qeyd edib ki, belə təşəbbülər təhsildə keyfiyyətin artırılmasına və peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.

MÜTDA-nın direktor müavini Vəfa Yaqublu qalibləri və fərqlənən müəllimləri təbrik edib və onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Təşəbbüskar müəllimin həmişə fərqləndiyini və hər zaman öndə olduğunu söyləyən V.Yaqublu yenilikləri ilə seçilən müəllimlərin cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduğunu diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə ölkədə həyata keçirilən uğurlu təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. H.Əlizadə yaradıcı müəllimlərin cəmiyyətdəki rolunu xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan təhsilinin inkişafı və gələcək uğurları qabaqcıl müəllimlərin çiyinləri üzərindədir.

Daha sonra müsabiqədə qalib gələn müəllimlərə diplom və hədiyyələr təqdim olunub, həvəsləndirici yer tutan iştirakçılar Tərifnamə, digərləri isə fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif ediliblər.

Tədbir Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının və 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin şagird və müəllimlərinin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib (Azərbaycan müəllimi).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Fevral 2026 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri