Icma.az
close
up
RU
BU MÜHARİBƏ NƏ VAXTADƏK DAVAM EDƏCƏK ? Vaşinqton İsraili önə verərək İranı taqətdən salmağa çalışır, sonra isə...

BU MÜHARİBƏ NƏ VAXTADƏK DAVAM EDƏCƏK ? Vaşinqton İsraili önə verərək İranı taqətdən salmağa çalışır, sonra isə...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail ABŞ-nin planın gerçəkləşməsi istiqamətində vəkalət gücü rolunu oynayır

Qarşılıqlı raket atışları ilə davam edən İsrail-İran savaşına regional münaqişə kimi yox, qlobal kontekstdən yanaşmaq lazımdır. İranın uranı zənginləşdirməsi və nəticədə nüvə silahı əldə etməsi ABŞ-nin Yaxın Şərqdəki maraqlarına ağır zərbə olardı.

Məlumdur ki, İranın iki əsas strateji hədəfi var. Bunlar nüvə silahının hazırlanması və İsrailin mövcudluğuna son qoyulmasıdır. İranın dini-siyasi rəhbərliyinin ideoloji doktrinasından belə nəticəyə gəlmək olar ki, onlar qüvvələr nisbətinə heç bir məhəl qoymadan ABŞ-nin maraqlarına meydan oxumağı qərarlaşdırblar. Bu mülahizə qüsurlu ola bilər. Ancaq bir şey dəqiqdir ki, ABŞ İranın nüvə silahı yaratmasına qətiyyən imkan vermək niyyətində deyil...

İrana sarsıdıcı zərbələrin vurulması ABŞ-nin Yaxın Şərqə tam nəzarət etməsi planının tərkib hissəsidir. Sadəcə, İsrail bu planın gerçəkləşməsi istiqamətində vəkalət gücü rolunu oynayır. Sovet İttifaqı dağılandan sonra ABŞ-yə qarşı sərt mövqe nümayiş etdirən Yaxın Şərq rejimləri ardıcıl şəkildə çökdürüldü. İraqda Səddam Hüseyn, Liviyada Qəddafi, Suriyada Əsəd hakimiyyəti yox edildikdən sonra növbənin İrana çatacağı tamamilə gözləniləndi.


Vaşinqton ilk öncə İsraili önə verərək İranı taqətdən salmağa çalışacaq, sonrakı mərhələdə isə güman ki, həlledici zərbələri özü vurcaq. Yaddan çıxarmayaq ki, yalnız İsrailin “F-35” təyyarələrindən atdığı raket və bombalarla İranın dərinliklərdə yerləşdirdiyi obyektləri məhv etmək olmaz. Deməli, ən həlledici məqamda ABŞ 10 tonluq “GBU-43/B” (Massiv Ordnance Air Blast) və 13 tonluq “GBU-57A/BMOP (Massive Ordnance Penetrator) bombalarını daşıya bilən öz strateji “B-2 Spirit” bombardmaçılarını işə sala bilər.


Hələlik isə İsrail öz üzərinə götürdüyü tapşırıqları yerinə yetirməklə məşğuldur. İsrailin həyata keçirdiyi əməlyyat zamanı İranın nüvə araşıdrmaları mərkəzlərini, mühüm strateji obyektləri, aerodromları bombalaması, İran Silahlı qüvvələrinin Baş Qərərgah rəisi Məhəmməd Baqirini, İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) rəhbəri Hüseyn Səlamini, bir neçə nüvə fizikini və onlarla yüksək vəzifəli rəsmini öldürülməsi onu göstərir ki, İsrail və İran arasında qüvvələr nisbətində üstünlük böyük ölçüdə İsrailin tərəfindədir. İranın siyasi və hərbi elitasının ən üst məqamlarındakı şəxslərin bir gecənin içində məhv edilməsi İranın nəinki nüvə silahı əldə edə bilməyəcəyindən, hətta bunu etmək istəyən mövcud rejimin duruş gətirməsinin müşkül olacağından xəbər verir. Belə ki, teokratik sistemin hərbi imkanları ABŞ ilə qarşıdurmaya dözə biləcək səviyyədən uzaqdır.

İsrail hücumları İranla bağlı bir çox həqiqtləri ortaya qoydu. İranın hava məkanının İsrail üçün tamamilə boş olduğu üzə çıxdı. İranın Hava Hücumundan Müdafiə sistemləri Rusiya istehsalıdır və rusların ən tərifli “S-400” ZRK-larının Ukraynada “ATACMS” hücumları qarşısında çarəsiz qaldığı bəllidir. Digər yandan, İran kəşfiyyatındakı boşluqların fəsadlarını da gördük.


İsrail KİV-lərinin yazdığına görə, ”Mossad” İranın məxfi bazalarına hücum zamanı Ukraynanın “hörümçək toru” əməliyyatındakı taktikadan istifadə edib. Əslində, İsrail həm dronlar, həm də “F-16” və “F-35” qırıcaları vasitəsilə kombinə hücumlar həyata keçirib. Əgər İran kəşfiyyatı bu qədər zəifdirsə, deməli, İsrail bəlkə də orada illərdir hazır vəziyytdə gözləyən silahlı müxəlifət qüvvələri də yetişdirib. Belə bir ehtimalı istisna etmək olmaz.

“HƏMAS” lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi sübut etdi ki, İranın əks-kəşfiyyatı öz funksiyasını yerinə yetirə bilmir...

Baş verənlərdən belə nəticə çıxarmaq olar ki, İranın idarəetmə mərkəzlərində İsrail kəşfiyyatı ilə əlaqəsi olan xeyli adam var, əks halda bu qədər genaralın və fiziklərin zərbə anı mənzillərində olub-olmamasını İsrail necə müəyyənləşdirə bilərdi?


Sözsüz ki, İran rəhbərliyi belə bir “qasırğanı” gözləmirdi. İranla İsrail arasında yerüstü müharibə coğrafi səbəblərə görə mümükün deyil. İran uzun illər ərzində Livandakı “Hizbullah”ı İsrail üçün təhlükə mənbəyi kimi bəsləyib, amma artıq bu qrupun quru nəfəsindən başqa heç nəyi yoxdur. Bəşər Əsədin ölkədən qaçmasıyla bərabər “SEPAH” da Suriyanı tərk etmək məcburiyyətində qaldı. Qəzza sektorundakı “HƏMAS” isə gücünü xeyli itirib.

Bununla belə, İran da öz növbəsində İsrailə ballistik raketlər atır. İsrailin bəzi mühüm obyektlərini məhv edib, Hayfa limana böyük zərər vurub. Ancaq hələ də İsrailin hərbi-strateji strukturuna ciddi zərbələr vurulmayıb. Bununla belə İran da gözlənildiyindən daha böyük müqavimət göstərir. İsrail rəhbərliyi və xalqı 3 gündür bunkerdən çıxa bilmir.

ABŞ kəşfiyyatının verdiyi məlumata görə, İranın müxtəlif ağırlıqda döyüş başlığı daşıya bilən 3000-dən çox ballistik raketi var. Ancaq müstəqil mənbələr bunun 10 000-dən artıq olguğunu bildirir. İranın hələ bir çox yeni ballistik raketlərdən istifadə etmədiyi qeyd olunur. Bu isə müharibə davam edərsə, İsraili də yaxşı günlərin gözləmədiyini söyləməyə əsas verir.

Bəs bundan sonrakı mərhələdə proseslər hansı istiqamətdə gedəcək?

Şübhə yoxdur ki, İsraili rejimi ABŞ-dən yeni göstəriş gəlməyənə qədər mügaribəni davam etydirəcək. Burada ABŞ-nin mövqeyi həlledici olacaq. Tramp istəyir ki, İran nüvə sazişi vasitəsilə uranın zənginləşdirilməsindən imtina etsin.

Tramp bu barədə deyib: "İki ay əvvəl İrana 60 günlük ultimatum vermişdim ki, saziş imzalayaq. Onlar bunu etməliydilər. Bu gün 61-ci gündür. Mən onlara nə etməli olduqlarını demişəm, amma onlar həmin mərhələyə çata bilmədilər. İndi onların yəqin ki, ikinci şansları var".

Belə görünür ki, Tramp İsrailin vasitəsilə İrana təzyiqlərini davam etdirəcək. İran uzunmüddətli silahlı qarşıdurmada ağır məğlubiyyətə uğraya bilər. İsrail hələ ki, İranın iqtisadi strukturuna sarsıdıcı və həlledici zərbələr endirə bilməyib. Gərginlik davam etdiyi təqdirdə, İsrail İranın neft sənayesinə məxsus obyektləri və enerji sektorunu vurmağa çalışacaq, bu isə müharibənin müqəddəratını həll edən başlıca faktor ola bilər.

İranın digər zəif tərəfi isə ona birbaşa dəstək verən müttəfiqlərinin olmamasıdır. İran İslam inqilabının lap əvvəlindən böyük strateji səhvə yol verib. Onlar neytral bir ölkə kimi güclənmək əvəzinə, ciddi müttəfiqləri olmadan açıq şəkildə ABŞ-nin maraqlarına qarşı çıxıblar. İranın Rusiya və Çinə arxayın olması yanlış olar. Moskva indiki məqamda İrana heç bir yardım göstərmək iqtidarında deyil, onun silahları “F-35”-lərə qarşı döyüşdə işə yaramayacaq. Çin isə böyük ticarət tərəfdaşı olan ABŞ-nin Yaxın Şərqdəki siyasətinə xələl gətirəcək addımlar atmayacaq...

Vaqif Nəsibov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 İyun 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri