Icma.az
close
up
RU
Bu nitq təkcə elm ictimaiyyətinə ünvanlanmış təbrik deyil, həm də... ŞƏRH OLUNDU

Bu nitq təkcə elm ictimaiyyətinə ünvanlanmış təbrik deyil, həm də... ŞƏRH OLUNDU

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

...Azərbaycanın gələcək modernləşmə kursunun konseptual istiqamətlərini ortaya qoyur

“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş tədbirdəki çıxışı ölkənin elmi, ideoloji və strateji inkişaf xəttinin yeni mərhələsini müəyyənləşdirən mühüm bəyanat kimi qiymətləndirilə bilər. Bu nitq təkcə elm ictimaiyyətinə ünvanlanmış təbrik deyil, həm də Azərbaycanın gələcək modernləşmə kursunun konseptual istiqamətlərini ortaya qoyur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

O bildirib ki, Prezidentin nitqinin əsas məğzini elm və texnologiyanın milli inkişafda həlledici rolunun təsdiqi təşkil edir: “Dövlət başçısı qeyd etdi ki, bu gün dünyada uğur qazanan dövlətlər məhz elmi-texnoloji üstünlüyü ilə fərqlənir. Bu yanaşma Azərbaycanın enerji resurslarından bilik əsaslı iqtisadiyyata keçidini təmin edən strateji dönüş nöqtəsidir. Süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal innovasiyalar kimi sahələrdə elmin önə çəkilməsi həm dövlət təhlükəsizliyi, həm də iqtisadi dayanıqlılıq baxımından yeni çağırışların cavabıdır.

Nitqin diqqət çəkən istiqamətlərindən biri elmin iqtisadiyyatla inteqrasiyası məsələsidir. Prezidentin “elm sənaye ilə birgə hərəkət etməlidir” fikri elmi nəticələrin real tətbiq sferasına yönəldilməsinin zəruriliyini göstərir. Bu, Azərbaycanda innovativ iqtisadi modelin və rəqabətqabiliyyətli sənaye strukturunun formalaşması baxımından yeni mərhələ deməkdir. Dövlət orqanları ilə alimlər arasında əlaqələrin genişləndirilməsi barədə verilən tapşırıqlar da bu strategiyanın praktik əsasını möhkəmləndirir.

Nitqin ideoloji tərəfi isə milli kimliyin, dilin və mədəni dəyərlərin qorunması ilə bağlıdır. Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunmasını dövlət vəzifəsi səviyyəsində təqdim etməklə qloballaşma dövründə mədəni müstəqilliyin qorunmasının əhəmiyyətini vurğuladı. Bu, həm milli özünüdərk prosesinə, həm də elmin dil və düşüncə ilə vəhdətinə əsaslanan ideoloji istiqamətdir.

Eyni zamanda, çıxışın geosiyasi və strateji alt qatında Azərbaycanın tam suveren dövlət kimi yeni dövrdə öz yerini möhkəmləndirməsi ideyası dayanır. Prezident beynəlxalq sistemdə güc amilinin artdığı bir zamanda ölkənin iqtisadi, hərbi və texnoloji müstəqilliyinin vacibliyini qeyd etdi. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil oyunçu kimi öz mövqeyini intellektual və innovativ güc üzərində qurmaq niyyətini ifadə edir.

Nəhayət, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və tədqiqat layihələrinə dair səsləndirilən fikirlər postmüharibə mərhələsində elmin rolunun yeni məzmun kəsb etdiyini göstərir. Prezidentin “torpaqlara tanklarla deyil, avtomobillərlə qayıtmaq” barədə dediyi fikir bu mərhələnin sülh, inkişaf və intellektual yenidənqurma fəlsəfəsini simvolizə edir.

Beləliklə, bu çıxış Azərbaycanın elmi siyasətində dönüş nöqtəsi olmaqla yanaşı, milli ideologiyanın intellektual əsaslarını yeniləyən strateji proqram kimi çıxış edir. İlham Əliyevin fikrincə, ölkənin ən böyük sərvəti artıq təbii resurslar deyil, onun insan kapitalı və elmi potensialıdır — məhz bu konsepsiya XXI əsr Azərbaycanının inkişaf fəlsəfəsini müəyyən edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Noyabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri