Icma.az
close
up
RU
Bu ölkə yeni baş nazir seçdi Siyasi tarazlıq dəyişir

Bu ölkə yeni baş nazir seçdi Siyasi tarazlıq dəyişir

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kanadanın yeni baş naziri Mark Karni ABŞ-la artan ticarət gərginliyi fonunda vəzifəsinin icrasına başlayıb. Tramp administrasiyasının idxal tarifləri təhlükəsi ilə üzləşən Karni ölkənin iqtisadi müstəqilliyini qoruyacağına söz verib. Liberal Partiyasını yenidən gücləndirməyi qarşısına məqsəd qoyan keçmiş mərkəzi bank rəhbəri siyasi balansı dəyişə biləcəkmi?

News24.az xəbər verir ki, Kanadanın hakim Liberal Partiyası keçmiş mərkəzi bank rəhbəri Mark Karnini yeni lider və baş nazir seçib.

Bazar günü elan edilən nəticələrə görə, Karni 131,674 səs və 86 faiz dəstək nisbəti ilə yarışda qalib gəlib.

Keçmiş baş nazir Castin Trüdonun maliyyə naziri olan Kristia Friland cəmi 11 min 134 səs toplayıb. Trüdo yanvar ayında partiyadaxili iğtişaşlar və ictimai dəstəyin itirilməsi fonunda istefa verib.

Karni Liberal Partiyasını yenidən birləşdirəcəyini və iqtisadi sabitliyə və sosial ədalətə üstünlük verən idarəetmə tərzini qəbul edəcəyinə söz verib. "Mən Kanadanı hamı üçün daha güclü bir ölkə etmək üçün buradayam", - deyə o bildirib.

Karninin səlahiyyət müddəti ABŞ tariflərinin kölgəsində başlayıb. ABŞ prezidenti Donald Tramp Kanada ixracatına geniş rüsumlar tətbiq etməklə hədələyib və Kanadanın "ABŞ-nin 51-ci ştatı"na çevrilməli olduğunu deyib.

Karni bütün kampaniya boyu Trampın iqtisadi təzyiqinə tab gətirmək üçün ən təcrübəli namizəd olduğunu vurğulayıb. "Amerikalılar bizə hörmət göstərənə qədər tarifləri qüvvədə saxlayacağıq" deyən siyasətçi  ticarət əlaqələrində müstəqil bir xətt izləyəcəyini söyləyib.

Ölkəsinin yeni və etibarlı ticarət tərəfdaşları tapmalı olduğunu iddia edən Karni iqtisadiyyatı gücləndirmək üçün G7 daxilində ən dinamik artımı təmin edəcək siyasətlər hazırlamağa söz verib.

Liberal Partiyasının mühafizəkar rəqibi Pyer Poyliyevə qarşı səsvermədə geridə qalması çoxdan məlumdur. Lakin Trampın Kanadaya qarşı ritorikası və Karninin baş nazir kürsüsünə yüksəlməsi siyasi tarazlığı dəyişib.

Ottavada yerləşən "Abacus Data" tədqiqat firmasının baş direktoru David Koletto deyib ki, "İki ay əvvəl Liberal Partiyasının rəhbərliyi çıxılmaz bir nöqtə kimi görünürdü". "Tramp sayəsində Karninin Liberal Partiyasını ardıcıl dördüncü il qələbəyə aparma şansı var".

Çərşənbə günü yayımlanan "Angus Reid" sorğusuna görə, kanadalıların 43 faizi Karninin Trampı qəbul etmək üçün ən yaxşı namizəd olduğunu düşünür, 34 faizi isə Poyliyevi dəstəkləyir.

Trüdo administrasiyası immiqrasiya siyasəti, yaşayış dəyəri və mənzil böhranına reaksiyası ilə bağlı sorğularda zəiflədiyi üçün Karninin liderlik yarışına marağı artıb.

İqtisadi böhranların idarə edilməsi sahəsində təcrübəsi olan keçmiş Kanada Bankı və İngiltərə Bankının rəhbəri Karni, eyni zamanda, "Brookfield Asset Management"in sədri olub və BMT-nin İqlim Fəaliyyəti və Maliyyə üzrə Xüsusi Nümayəndəsi vəzifəsində çalışıb.

O, baş nazir postunu tutacağı təqdirdə bütün institusional əlaqələrini kəsəcəyini və aktivlərini onları qoruyacaq bir fond sisteminə keçirəcəyini açıqladı. Seçkilərə az qalıb, Karninin ictimai dəstəyi tez bir zamanda birləşdirə bilməyəcəyi maraq mövzusu olaraq qalır.

Aynurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Mart 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri