Icma.az
close
up
RU
Azərbaycan ATƏT ə sədrlik edə bilər Deputat buna qarşı çıxdı

Azərbaycan ATƏT ə sədrlik edə bilər Deputat buna qarşı çıxdı

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın ATƏT-ə sədrlik etmək niyyəti təşkilat daxilində müzakirə olunan əsas məsələlərdən birinə çevrilib. 2027-ci il üçün sədrliyə namizədliyini irəli sürən Bakı bu vəzifəni üzərinə götürməyə hazır olduğunu bəyan edib. Bununla belə, Azərbaycanın sədr seçilib-seçilməyəcəyi ATƏT-in iştirakçı dövlətləri arasında konsensusun əldə olunmasından asılıdır. Dekabrın 3-4-də İsveçrənin Luqano şəhərində keçiriləcək ATƏT Nazirlər Şurasının iclasında namizədliklərlə bağlı razılaşmanın əldə olunması istiqamətində müzakirələrin davam etdirilməsi gözlənilir. Azərbaycanın ATƏT sədri seçiləcəyi təqdirdə, hansı yeniliklərə imza atacağı maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxaql münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, ATƏT-ə sədrlik növbəsi nə vaxtsa Azərbaycan və Ermənistana çatmalıydı:

"Uzun müddətdir ki, ATƏT-də rotasiya əsasında sədrlik həyata keçirilir. Təşkilatın uzunmüddətli mövcudluğunu nəzərə aldıqda aydın məsələdir ki, sədrlik növbəsi nə vaxtsa Azərbaycanla Ermənistana da çatmalı idi. Lakin iki ölkə arasında uzunmüddətli münaqişə mövcud olduğundan həm Azərbaycanın Ermənistana, həm də Ermənistanın Azərbaycana belə bir imkan verməyəcəyini anlayırdıq. Təşkilatda veto hüququ mövcuddur və bir dövlət "yox" dediyi halda, çoxluq bu vetonu keçə bilmir. Münaqişə həll olunduğundan, Minsk qrupu buraxıldığından Azərbaycan və  Ermənistan da ATƏT sədri ola bilər.  Sadəcə olaraq ATƏT iflic vəziyyətdədir. ATƏT Rusiyanın Ukraynaya təcavüzünün qarşısını nəinki ala bilmədi, heç müzakirə təşkil etməyi bacarmadı. Çünki Rusiya bu məsələni gündəliyə buraxmadı. Məhz buna görə də, ATƏT demək olar ki, iflic vəziyyətdədir. Heç liderlər səviyyəsində sammitlər belə keçirilmir. Sadəcə olaraq, xarici işlər nazirləri səviyyəsində yığıncaqlar keçirilir, lakin heç burada nələri müzakirə etdikləri, hansı qərarları verdikləri bəlli deyil. Təşkilatın iflic vəziyyətdə olması Fransanın Avropa Siyasi Birliyi təşəbbüsünün daha uğurlu həyata keçirməsinə gətirib çıxardı".

R.Musabəyovun fikrincə, Azərbaycanın ATƏT-ə sədrliyi hazırkı şəraitdə ciddi nəticələr vəd etmir:

"Azərbaycan ATƏT-ə sədr olsa belə, bundan əvvəlki ölkələr kimi sədrlik edəcək və 1 ildən sonra heç bir nəticəsi olmayan təşkilatı kiməsə ötürəcək. İndi Azərbaycan Asiyada belə bir təşkilata sədrliyi üzərinə götürüb. Ölkəmiz Asiyada Qarşılıqlı Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) daha iki il sədrlik edəcək. Diqqətimizi ora cəmləşdirməyimiz kifayətdir. ATƏT-i isə kim istəyirsə, heç bir nəticə verməyən səyləri ilə diriltməyə çalışsın. Kimsə bunu bacaracaqsa, buyursun. Hər halda, mənim düşüncəmə görə, ATƏT-ə sədrliyə görə öz diplomatik resurslarımızı xərcləməyə dəyməz. Bəli, təklif olunub, sədrliyi üzərimizə götürə bilərik. Ancaq indi kimlərsə buna görə Azərbaycanı əlavə iddialarla, tələblərlə yükləməyə çalışırsa, özlərini nahaq əziyyət verirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri