Bu ölkədə ƏMƏLİYYAT Kəşfiyyat rəisi ÖLDÜRÜLDÜ
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Somali Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyi (NISA) Əş-Şəbab terror təşkilatının kəşfiyyat strukturunun rəhbəri Abdullah Haşi Hersi Labajirin avqustun 23-də Cilib rayonunda keçirilən əməliyyat zamanı öldürüldüyünü açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, NISA-nın yaydığı yazılı açıqlamada bildirilib ki, əməliyyat Somali kəşfiyyat qüvvələri ilə beynəlxalq tərəfdaşların əməkdaşlığı çərçivəsində Orta Cubbə bölgəsinin Cilib rayonunda həyata keçirilib.
Açıqlamaya görə, əməliyyat zamanı Əş-Şəbabın qondarma “kəşfiyyat rəhbəri” olduğu bildirilən Abdullah Haşi Hersi Labajir öldürülüb.
Labajirin 2006-cı ildə Əş-Şəbaba qoşulduğu və təşkilatın kəşfiyyat bölməsində müxtəlif vəzifələrdə çalışdığı qeyd edilib. O, 2013-cü ildə təşkilatın kəşfiyyat strukturunun rəhbəri təyin olunub.
Somali Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin məlumatına görə, Labajir uzun illər ərzində Əş-Şəbabın məlumat toplama, əməliyyatların planlaşdırılması və təşkilat üzvləri arasında koordinasiya fəaliyyətlərində mühüm rol oynayıb.
Açıqlamada onun mülki şəxslərə qarşı hücumlarla bağlı ittihamlarla da üzləşdiyi bildirilib.
Somali tərəfi Labajirin öldürülməsini Əş-Şəbabın rəhbərliyi və kəşfiyyat imkanları baxımından əhəmiyyətli itki kimi qiymətləndirib.
2006-cı ildə Somalidə ortaya çıxan Əş-Şəbab uzun illərdir Somali hökumətinə və beynəlxalq sülhməramlı qüvvələrə qarşı hücumlar həyata keçirir.
Somali təhlükəsizlik qüvvələri beynəlxalq tərəfdaşların dəstəyi ilə 2022-ci ildən etibarən ölkənin mərkəzi və cənub bölgələrində təşkilata qarşı genişmiqyaslı əməliyyatlar keçirir.
Baxış sayı:86
Bu xəbər 31 Avqust 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















