Bu ölkədə ev alanlara 40 min avroyadək dəstək Şərtlər AÇIQLANDI
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Revive” adlı proqram kənd yerlərində əhalinin azalmasının qarşısını almaq məqsədi daşıyır. Proqram əhalisi 5 min nəfərdən çox olmayan yaşayış məntəqələrini əhatə edir.
Nə qədər yardım almaq olar?
Subsidiyanın məbləği evin yerləşdiyi yaşayış məntəqəsinin əhali sayından asılıdır. Əhalisi 500 nəfərdən az olan kəndlərdə evin qiymətinin 40 faizədək hissəsi qarşılanır. Lakin yardım 40 min avronu keçə bilməz.
Əhalisi 501-2000 nəfər olan yaşayış məntəqələrində bu göstərici 30 faiz, maksimum məbləğ isə 30 min avrodur. Əhalisi 2001-5000 nəfər olan yerlərdə evin dəyərinin 20 faizədək hissəsi ödənilir. Bu halda subsidiya ən çox 20 min avro təşkil edir.
Maksimum 40 min avroluq dəstəyi almaq üçün alınan evin qiyməti ən azı 100 min avro olmalıdır.
Əcnəbilər də müraciət edə bilər
Proqramdan yalnız İspaniya vətəndaşları yararlanmır. Avropa İttifaqına üzv ölkələrin vətəndaşları da müraciət edə bilərlər. Digər ölkələrin vətəndaşlarından isə İspaniyada yaşayış icazəsi tələb olunur.
Müraciət edən ailənin illik gəliri də müəyyən həddi aşmamalıdır. Bu hədd İspaniyada dövlət yardımlarının hesablanmasında istifadə olunan IPREM göstəricisinin altı misli ilə məhdudlaşır. Mənbədə 2026-cı il üçün hesablama qaydasından asılı olaraq 43 200-50 400 avro aralığı göstərilir.
Alınan və ya tikilən ev müraciətçinin daimi yaşayış yeri olmalıdır. Proqram mövcud evlərin alınması ilə yanaşı, təmir və yeni ev tikintisini də dəstəkləyir.
Pul əvvəlcədən verilmir
Subsidiya avans şəklində ödənilmir. Ev alındıqda vəsait şərtlərə uyğunluq yoxlanıldıqdan və alqı-satqı sənədləşdirildikdən sonra köçürülür. Tikinti və təmir layihələrində isə işlərin tamamlandığını təsdiqləyən sənədlər tələb olunur.
2024-cü ilin mayında başlayan proqrama indiyədək 120 bələdiyyədən 1600-dən çox müraciət daxil olub. İlkin olaraq 12 milyon avro ayrılan proqramın büdcəsi sonradan 15,1 milyon avroya çatdırılıb.
Baxış sayı:140
Bu xəbər 16 Oktyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















