Icma.az
close
up
RU
Bu ölkədə hamı bir birini tanıyır

Bu ölkədə hamı bir birini tanıyır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Günlərim çox dolu olur, enerjimi bəzən ölkədən uzaqlaşaraq bərpa edə bilirəm. Bu gün sizə ziyarət etdiyim bütünlüklə Alp dağ silsiləsində yerləşən kiçik, gözəl Lixtenşteyn knyazlığı haqqında danışacağam.

Lixtenşteyn Avropanın mərkəzində yerləşməsinə baxmayaraq, burada sərnişinlər üçün hava limanı (aeroport) və dəmiryol vağzalı yoxdur. Paytaxt Vadutsa gəlmək üçün yalnız ictimai nəqliyyatdan istifadə etmək lazımdır. Mən bura Sürix şəhərindən qatarla gəlmişdim, təxmini 1 saatlıq məsafədir.

Lixtenşteyn dünyada qeydiyyatdan keçmiş şirkətlərin vətəndaşlarından (təxmini 37 min vətəndaşı var) daha çox olduğu ölkədir. Bu şirkətlər daha çox protezlərin (diş) aparıcı istehsalçılarıdır.

Lixtenşteyn dünyada ən aşağı cinayət nisbətinə malikdir. Ölkədə asayişi cəmi 125 polis əməkdaşı qoruyur - bu, ölkədə yeganə silahlı qüvvədir. Çox az məhbusun saxlanıldığı həbsxana var. 2 ildən artıq cəza çəkən şəxs yoxdur, daha uzun müddət olduğu halda, həbs cəzasına məhkum edilmiş vətəndaş Avstriyaya köçürülür.

Lixtenşteyn knyazlığında bütün mağazalar, müəssisələr, banklar, idman zalları 10:00-dan 17:00-a qədər açıqdr (nahar fasiləsi - 12:00-dan 14:00-a qədərdir). Saat 17:00-a qədər su və portağal almamısınızsa, susuz və portağalsız qalacaqsınız.

Marketlərdə satılan məhsulların 90 faizi orqanikdir və bahadır.

Mən Vadutsun mərkəzində 5 avroya pasportuma Lixtenşteyn möhürü vurdurdum. Bu, rəsmi möhür hesab olunmur və sadəcə, turistik xarakter daşıyır. İstənilən şəxs ödəniş edərək, Lixtenşteyn möhürünü passportuna vurdura bilər.

Lixtenşteyn o qədər kiçikdir ki, onu bir saata maşınla keçə bilərsiniz (sahəsi 160 km²-dir). Pul vahidi isə İsveçrə frankıdır. Ölkədəki bütün insanlar tanışdır, əhalisi az olduğu üçün küçədəki insanlar bir-biri ilə salamlaşırlar.

Jalə Orucova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Dekabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri