Icma.az
close
up
RU
Bu ölkədə kondinsionerlə epidemiya yayıla bilər

Bu ölkədə kondinsionerlə epidemiya yayıla bilər

Icma.az, Medicina portalına istinadən məlumat verir.


ABŞ-nin Nyu-York şəhərində "Legioner xəstəliyi" kimi tanınan legionellozdan üçüncü ölüm qeydə alındı.

Medicina.az xəbər verir ki, xəstəlik ilk dəfə iyulun 25-də aşkarlanıb və qısa müddətdə sürətlə yayılmağa başlayıb. Üç xəstənin ölümü ilə nəticələnən epidemiya zamanı artıq 67 nəfərdə bu diaqnoz təsdiqlənib.

Şəhər rəhbərliyi qripə bənzər əlamətlər hiss edən sakinlərə dərhal tibbi yardıma müraciət etməyi təkidlə tövsiyə edir.

Legioner xəstəliyi - "Legionella pneumophila" bakteriyasının yaratdığı ciddi ağciyər infeksiyasıdır. Bu bakteriya əsasən durğun sularda, baxımsız kondisionerlərin nəm və isti filtrlərində çoxalır. Kondisionerin havası ilə birlikdə asanlıqla yayılaraq, insanların nəfəs aldığı havaya qarışır. Xüsusilə kondisionerli və sıx insanlı mühitlərdə işləyən şəxslər, həmçinin havalandırma sistemlərinin baxımını aparmayan müəssisələrdə çalışanlar daha yüksək risk altındadırlar.

Başlanğıcda soyuqdəyməyə bənzəyən legioner xəstəliyi nəfəs darlığı, öskürək, boğaz ağrısı, burun tıxanıqlığı, sinədə ağrı və allergik əlamətlərlə özünü göstərə bilər. Bəzən qrip zənn edildiyi üçün vaxtında diaqnoz qoyulmur. Bu isə xəstəliyin irəliləməsinə səbəb olur və xüsusilə immun sistemi zəif, tütün istifadə edən, şəkərli və yaşlı insanlarda ölüm riski yaradır. Xəstəlik qan analizi ilə asanlıqla müəyyən oluna bilər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 07 Avqust 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see175

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see170

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see166

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see162

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see161

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see160

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri