Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə "Politico", "The Daily News" və "The New York Times" daxil olmaqla ABŞ-nin aparıcı kütləvi informasiya vasitələri məlumat yayıb.
Məlumata görə, təhsil idarəsi sözügedən qadağanı sentyabrın 2-də rəsmən elan edib və yeni qaydalar gələn həftədən etibarən qüvvəyə minəcək. Yeni təlimata əsasən, şagirdlərə müəyyən tapşırıqlar üçün süni intellektdən istifadəyə yalnız 9-cu sinifdən (təxminən 13-14 yaşdan) başlayaraq icazə veriləcək.
Bununla yanaşı, yeni qaydalar məktəbəqədər hazırlıq və ibtidai sinif şagirdlərinin təlim-tərbiyə müəssisələrində qadcetlərdən istifadəsini də ciddi şəkildə məhdudlaşdırır. Yuxarı sinif şagirdləri üçün də süni intellektdən istifadə tam sərbəst olmayacaq; onlar bu texnologiyadan yalnız xüsusi fənlər və müəyyən edilmiş konkrekt tapşırıqlar çərçivəsində "məhdud" şəkildə yararlana biləcəklər. Lakin təqdim olunan sənəddə şagirdlərin bu qaydalara əməl etməsinə necə nəzarət olunacağı və mexanizmin necə işləyəcəyi dəqiqləşdirilməyib.
Qeyd edək ki, Nyu-York şəhər rəsmiləri daha əvvəl məktəblilərə tədqiqat və yaradıcı layihələr də daxil olmaqla bir çox tapşırıqlarda süni intellektdən istifadəyə icazə verən proqram tətbiq etmişdilər. Lakin bu qərar valideynlər və təhsil mütəxəssisləri tərəfindən kəskin tənqid olunmuşdu.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 03 Sentyabr 2026 02:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















