Niqab qadağan edilir Bu ölkədə
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb.
“Bakupost" xəbər verir ki, Meloni bunu Romada rəhbərlik etdiyi “İtaliya Qardaşları” (FdI) partiyasının gənclər qanadı tərəfindən təşkil olunan “Fenix” tədbirində çıxış edərkən deyib.
Baş nazir bildirib ki, italyan uşaqlarının sinifdə azlıq təşkil etdikləri üçün özlərini kənarda qalmış hiss etmələri qəbuledilməzdir. Onun sözlərinə görə, hazırlanmaqda olan qaydada siniflərdə xarici şagirdlərin sayına qanuni yuxarı həddin müəyyənləşdirilməsi və məktəbə uyğunlaşmaqda ciddi çətinlik çəkən xarici şagirdlərin valideynləri üçün italyan dilinin öyrənilməsinin məcburi olması nəzərdə tutulur.
Meloni həmçinin məktəblərdə çadra və çarşafların qadağan ediləcəyini bildirib.
“İnsan məktəbə üzü açıq gedir və İtaliyada heç kim əsl və ya sözdə ənənəyə istinad edərək gənc qadının üzünü gizlətməsinə qərar verə bilməz. Kişi və qadınlar arasında bərabərlik danışıqlar yolu ilə həll olunmur. Bu, küçələrimizə və məktəblərimizə aiddir”, - deyə Meloni bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 21 Sentyabr 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















