Bu ölkədən Almaniya ilə sərhəddə xüsusi tədbir
Icma.az, Axar.az saytına istinadən bildirir.
Danimarka Almaniya ilə sərhəddə həyata keçirilən nəzarət tədbirlərinin müddətini daha altı ay uzadıb.
Axar.az xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin məlumatında yoxlamaların 2027-ci il mayın ortalarınadək davam etdirmək qərarına gəldiyi bildirilib.
Qərarın səbəbi kimi təhlükəsizlik vəziyyətinin hələ də gərgin olması göstərilib. Nazirliyin məlumatına görə, terrorizm və təxribat təhlükələri qalmaqdadır.
Qərara İspaniyanın Şimali Afrikada yerləşən Seuta eksklavında baş verən hadisələr də təsir edib. Nazirlik yay aylarında miqrantların kütləvi axınının böyük insan qruplarının qısa müddətdə hərəkətə keçə biləcəyini bir daha nümayiş etdirdiyini açıqlayıb.
Qeyd edək ki, Almaniya artıq iki ildir Danimarka ilə sərhəddə stasionar nəzarət tədbirləri həyata keçirir və bu tədbirlərin müddətini dəfələrlə uzadıb.
Baxış sayı:117
Bu xəbər 14 Oktyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















