Bu ölkədən gələn buğdanın ilk partiyası Azərbaycandan keçməklə Ermənistana daxil olacaq... RƏSMİ
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Tezliklə Qazaxıstan buğdasının ilk partiyası Aktau-Bakı, daha sonra Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana daxil olacaq. Sülh bərqərar oldu."
Moderator.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, bunu ölkənin İqtisadiyyat naziri Gevorq Papoyan yazıb.
Xatırladılır ki, Azərbaycan ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə daha əvvəl məlumat veriılib.
Belə ki, Azərbaycan Prezidentu İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatında deyib:
"Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















