Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Bu ölkələr PKK nın arxasından çəkildi: hücum başladı!

Bu ölkələr PKK nın arxasından çəkildi: hücum başladı!

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şimali İraqa aid “Rudav” agentliyinin məlumatına görə, 4 yanvar 2026-cı il tarixində PKK-nın Suriya qanadının (SDQ) rəhbəri Məzlum Abdi Dəməşqdə Suriya müdafiə naziri Murhaf Əbu Kəsra ilə görüşüb. Görüşdə Məzlum Abdi Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrinə maşın yanacağı daşımaq üçün izn istəyib. Əbu Kəsra isə həmin məhəllələrin SDQ tərəfindən işğal olunduğunu və yanacağın asilərə gedəcəyini əsas gətirib təklifi geri çevirib. Bundan 2 gün sonra isə Suriya ordusunun həmin məhəllələrdə antiterror əməliyyatları başlayıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O bildirib ki, Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində 600.000-dən çox mülki əhali yaşayır:

“Onların əksəriyyəti 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin və Suriya Milli Ordusunun Afrində keçirdiyi hərbi əməliyyat nəticəsində Hələbə qaçan separatçılar və onların ailələridir. Belə anlaşılır ki, onlar sığındıqları yeni məkanlarında da silahlarını buraxmayıb öz fəaliyyətlərini davam etdirirlər.

SDQ-nin mərkəzi ofisi yaydığı bəyanatda iddia edib ki, Hələbdə döyüşən separatçıların onlara heç bir dəxli yoxdur. SDQ Dəməşqlə əldə olunmuş razılaşmalara uyğun olaraq Hələb şəhərindən tamamilə geri çəkilib və məhəllələrin təhlükəsizliyini Daxili Təhlükəsizlik Qüvvələrinə (Asayiş) təhvil verib. Məzlum Abdiyə bağlı qüvvələrin bu bəyanatı Hələbdə Suriya dövlətinə müqavimət göstərən separatçıların taleyinin Allahın ümidinə və Dəməşqin insafına buraxıldığından xəbər verir. Zənnimizcə, bunun səbəbi SDQ-ni indiyədək müdafiə edən İsrail və ABŞ-ın mövqeyi ilə bağlıdır. Qeyd edim ki, yanvarın 5-də Fransanın paytaxtı Parisdə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani ilə fransalı həmkarı Jan-Noel Barronun görüşü olmuşdu. Görüşdə bir çox məsələlərlə yanaşı Suriyanın şimalı məsələsi də müzakirə edilmişdi.

Bu görüşdən dərhal sonra isə yenə Parisdə ABŞ, Suriya və İsrail rəsmiləri bir araya gəlmişdilər. Görüş barədə yayılan açıqlamada bildirilirdi ki, Prezident Donald Trampın Yaxın Şərqdəki liderliyi, Suriyanın suverenliyi və sabitliyi, İsrailin təhlükəsizliyi və hər iki ölkənin çiçəklənməsi mövzularında məhsuldar müzakirələr aparılıb.

Bəyanatda həmçinin vurğulanırdı ki, Suriya və İsrail tərəfləri aşağıdakı razılaşmalara nail olublar: “Tərəflər hər iki ölkə üçün təhlükəsizlik və sabitliyi təmin edəcək davamlı tənzimləmələr axtarmağa sadiq olduqlarını təsdiqləyiblər; Tərəflər kəşfiyyat mübadiləsi, hərbi gərginliyin azaldılması, diplomatik münasibətlər və ticarət imkanları üzrə təcili və davamlı koordinasiyanı asanlaşdırmaq üçün ABŞ-ın himayəsi altında birgə inteqrasiya mexanizmi - xüsusi əlaqələr qurumu yaratmaq qərarına gəldilər. Bu mexanizm hər hansı fikir ayrılığını dərhal həll etməli və anlaşılmazlıqların qarşısının alınması üçün platforma rolunu oynamalıdır”.

Qısası, ABŞ, İsrail və Suriya arasında əldə edilən razılaşmaya əsasən, bundan sonra Suriyada Təl-Əvivlə Dəməşq yaxın müttəfiq kimi fəaliyyət göstərəcək və İsrail Şara hökumətinin əlinə-qoluna dolaşmamağa səy göstərəcəkdir. Suriya ordusunun Hələbdəki əməliyyatı da məhz bu razılaşmanın əldə olunmasından sonra başlayıb”.

Politoloqun fikrincə, bütün bunlara rəğmən, Məzlum Abdinin Hələbdəki separatçı qüvvələrə dəstəyini tam olaraq kəsməməsi, sözlə belə olsa onları dəstəkləməsi gərginliyin nəinki aradan qalxmasına xidmət etmir, kürd xalqının boş ideallar uğrunda qurban getməsinin önünü açır:

“Halbulki SDQ-nin özü də etiraf edir ki, Hələbdəki bu məhəllələrə toplaşan separatçılar 2018-ci ildə həmin ərazilərə pənah gətiriblər. Amma silahları buraxmayıb, öz fəaliyyətlərini davam etdirirlər.

Dünən SDQ-yə bağlı “Kürd Muxtar Administrasiyası” adından yayılan bəyanatda qeyd olunur ki, Dəməşq hökuməti adından və ya onunla koordinasiyalı şəkildə məhəllələrə hücum edən hərbi strukturlar "Müvəqqəti Hökumət Müdafiə Nazirliyi" ilə əlaqəlidir və radikal elementlərdən təşəkkül tapıblar”. Bəyanatda həmin “radikal elementlərin” siyahısı verilib:

“60-cı Diviziya: Keçmiş “Həyət Təhrir əş-Şam (HTŞ)” üzvlərindən ibarətdir. Əvad Casim (Əbu Quteybə Mənbic) tərəfindən idarə olunur.

76-cı Diviziya: Türkiyənin dəstəklədiyi "Həmzət" qrupunun üzvləri. Onun başında ABŞ və Böyük Britaniyanın sanksiya siyahısında olan Seyfəddin Polad (Əbu Bəkr) dayanır.

72-ci Diviziya: Xəttab əl-Bani tərəfindən idarə olunan keçmiş HTŞ üzvləri.

80-ci Diviziya: Suriya ordusundan ayrılan zabit Xalid Ömərin komandanlıq etdiyi bölmələr.

SDQ deyəsən hələ də anlamır və ya anlamaq istəmir ki, “radikal qrup üzvləri” adlandırdığı bu qüvvələr artıq ABŞ və digər güc mərkəzləri tərəfindən terror siyahısından çıxarılıb, Suriyanın legitim qüvvələri hesab olunur. Dünənə qədər bəlkə də bu iddialara İsraili “inandıra” bilirdilər. İndi İsrail belə bu radikal qruplarla az qala müttəfiqlik müqavilələri imzalayır. Elədirsə, kürd gənclərini boş yerə qurban verməyə dəyərmi?

Yeri gəlmişkən onu da vurğulamaqda yarar ki, SDQ və PKK-nın bu “inadkarlığı” kürd xalqı tərəfindən də tam dəstəklənmir. Hətta istər Türkiyə, istərsə də Suriya tərəfindən ölkələrinin ərazi bütövlüyü uğrunda mübarizələrə öncüllük edənlərin özləri də kürd xalqının mənsublarıdır. Belə ki, ən radikal kürd separatçıları da Türkiyənin xarici işlər naziri Hakan Fidanın və Suriya xarici işlər naziri Əsəd Həsən əş-Şeybaninin kürd mənşəli olduğunu bildirirlər. Bəs o zaman SDQ-nin kor inadkarlığı kimə və nəyə xidmət edir?”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:350
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Yanvar 2026 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri