Arteta “Arsenal”ın futbolçusundakı böyük dəyişikliyi açıqladı
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının “Hall Siti” üzərində 1:0 hesablı qələbəsindən sonra Noni Maduekenin çıxışını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis yarımmüdafiəçinin son dövrlərdəki inkişafını onun əsas heyətdə yer qazanmaq uğrunda mübarizəsi ilə əlaqələndirib.
“Bunun üçün əvvəlcə meydanda daha çox məsuliyyət götürmək hüququnu qazanmalısan. Noni bunu bacardı. O, az oynamağına reaksiya verdi, məşqlərə başladı və tamamilə fərqli futbolçuya çevrildi. Mövcud vəziyyətlə barışmaq istəmirdi, niyyətində ciddi idi. O vaxtdan bəri inanılmaz çıxış edir”, - deyə Arteta bildirib.
Baş məşqçi Maduekenin hələ də inkişaf etməli olduğunu diqqətə çatdırıb:
“İndi o, istədiyi mövqeyə gəlib çatıb. Lakin oyununu daha da təkmilləşdirməlidir. Görək, bunu bacaracaqmı. Noni qol vurmaq üçün üç əlverişli imkanının olduğunu bilirdi. Martinin qol epizodunda iştirak etdi, amma daha səmərəli olmaq üçün üzərində işləməli olduğumuz məqamlar qalır”.
Qeyd edək ki, Bukayo Sakanın zədələnməsindən sonra daha çox oyun şansı qazanan Madueke “Arsenal”ın əsas futbolçularından birinə çevrilib. O, “Hall Siti” ilə qarşılaşmada Martin Odeqardın vurduğu qələbə qolunda pay sahibi olub.
Baxış sayı:65
Bu xəbər 08 Noyabr 2026 07:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















