Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
Icma.az bildirir, Axar.az portalına istinadən.
Rusiyaya qonşu olan NATO üzvü ölkələr Rusiya tərəfindən mümkün zərbələrdən ehtiyat edərək infrastruktur obyektlərinin mühafizəsini gücləndirirlər.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, söhbət su bəndləri, elektrik stansiyaları və qaz kəmərlərindən gedir:
“Bu, Moskvanın Ukraynaya məxsus pilotsuz uçuş aparatlarından istifadə etməklə onlara qarşı “yalan bayraq” əməliyyatı həyata keçirə biləcəyi ilə bağlı artan narahatlığı göstərir”.
Nəşr xatırladıb ki, Polşa və üç Baltikyanı ölkə artıq öz ərazilərində Ukrayna PUA-larına bənzəyən pilotsuz uçuş aparatları aşkarlayıb və buna görə də riskə getmək istəmirlər.
“Biz sadəlövh deyilik, məlumatları görürük, sətiraltı məqamları oxuyur və öz araşdırmamızı aparırıq”, – Litvanın müdafiə naziri Robertas Kaunas jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Litva kritik infrastrukturun təhlükəsizlik səviyyəsini artırır. Həmçinin gələcək addımları müəyyənləşdirmək üçün kəşfiyyat məlumatlarını daim yeniləyir.
Latviyada isə bütün kritik infrastruktur obyektlərinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Bunlara Riqanın yaxınlığındakı Dauqava çayı üzərində yerləşən bəndlər və İnçukalns yeraltı qaz anbarı da daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Avqust 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















