Icma.az
close
up
RU
Müstəqilliyimizin rəmzi, dövlətçiliyimizin hüquqi təməli ŞƏRH

Müstəqilliyimizin rəmzi, dövlətçiliyimizin hüquqi təməli ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Hər bir müstəqil dövlətin varlığını, kimliyini, suverenliyini və xalqın birliyini dünyaya çatdıran üç müqəddəs rəmzi var: Himn, Gerb və Bayraq. Bu üçlük dövləti möhkəm saxlayan əsas sütunlardır. Həmin rəmzlərin hüquqi təməlini təmin edən, o rəmzləri yaşadan və qoruyan isə onun Konstitusiyasıdır.

Noyabr ayı dövlətimiz üçün bayramlar ayı kimi yadda qalmışdır. Bu bayramlardan 9 Noyabr- Bayraq Günü və 12 Noyabr- Konstitusiya Günü bir-birini tamamlayan iki mühüm dövlətçilik bayramıdır. Onlardan biri xalqımızın milli kimliyini, müstəqilliyini simvolizə edirsə, digəri həmin müstəqilliyi hüquqi cəhətdən qoruyur və vətəndaş hüquqlarını müdafiə edir.

Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qətnaməsi ilə qəbul edilmişdir. Üçrəngli bayrağın ideya müəlliflərindən biri görkəmli dövlət xadimi və publisist Əli bəy Hüseynzadə olmuşdur. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildikdən sonra üçrəngli bayrağımız yenidın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunmuşdur. 2009-cu il noyabrın 17-də isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilmişdir. Bundan sonra hər il noyabrın 9-u ölkəmizdə “Dövlət Bayrağı Günü” kimi qeyd edilmişdir. Bildiyimiz kimi, bayrağımızda üç rəng mövcuddur: mavi, qırmızı, yaşıl. Mavi-türkçülüyümüzü, qırmızı- demokratiyanı, yaşıl rəng isə İslam dininə mənsubluğumuzu bildirir. Məhz bayrağımızın üzərindəki ağ aypara şəkli İslamın simvoludur, səkkizguşəli ulduz isə əlifba sırası ilə səkkiz türk xalqının (Azərbaycan, osmanlı, çağatay, tatar, qazax, qırğız, türkmən, özbək) adını və ya xoşbəxtlik, qardaşlıq mənalarını bildirir.

Qarabağda üçrəngli bayrağımızın uzun illərdən sonra işğaldan azad edilən torpaqlarımızda –Şuşada, Xankəndində, Xocalıda, Laçında və digər rayonlarımızda qürurla yenidən dalğalanması tarixi ədalətin bərpasının carçısı oldu. Bu şanlı bayraq 44 günlük Vətən müharibəsində döyüşə atılan qalib əsgərlərimizin çiynində, tankların üstündə düşmən üzərinə irəliləmişdir. Eləcə də bayrağımız şəhidlərimizin nəşi üzərinə salınaraq onları son mənzilə yola salmışdı.

İnanıram ki, bayrağımız hər zaman yüksəklərdə dalğalanacaq. Çünki “bir kərə yüksələn Bayraq bir daha enməz!”

Biz, müstəqil və demokratik ölkənin vətəndaşı olaraq, insan hüquqlarının müdafiəsi zəminində sülh və təhlükəsizlik şəraitində yaşayarıq. Bu müstəqilliyimizin təminatı- dövlət Konstitusiyamızdır. Konstitusiya hakimiyyət bölgüsünü (qanunvericilik, icra və məhkəmə hakimiyyəti) tənzimləyən, ölkədə qanunun aliliyini təmin edən əsas qanundur. 1995-ci il noyabrın 12-də ümümxalq səsverməsi- referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Həmin vaxtdan sonra hər il noyabrın 12-si “Konstitusiya Günü” kimi qeyd olunur. Ulu Öndərimiz Heydər Əliyevin birbaşa memarı olduğu bu Konstitusiyada ölkəmizin gələcək hüquqi-demokratik inkişafının təməli qoyuldu. Azərbaycan Konstitusiyasına bir neçə dəfə əlavələr, dəyişikliklər edilmiş və insan hüquqlarının müdafiəsi mexanizmləri daha da gücləndirilmişdir.

Bayrağımıza ehtiram Konstitusiyamıza sədaqətdən və dövlət rəmzlərimizə olan sevgidən başlayır. Bayraq Günü və Konstitusiya Günlərini qeyd edərkən bir daha dərk edirik ki, suveren, güclü və müzəffər dövlətin vətəndaşı olmaq necə böyük şərəfdir. Bayramlarımız mübarək! Müstəqilliyimiz əbədi olsun!

Əliəskərova Nuray,

YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri