Icma.az
close
up
RU
Ballıca sakini: Nəvələrim mənim oxuduğum məktəbdə təhsil alırlar

Ballıca sakini: Nəvələrim mənim oxuduğum məktəbdə təhsil alırlar

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Xocalı, 11 noyabr, AZƏRTAC

1988-ci ildə doğma kəndini tərk etmək məcburiyyətində qalan Hüseyn Əzimov ailəsi ilə birlikdə yenidən Ballıcaya qayıdıb. Uşaqlığı və gəncliyi keçən, ailə qurduğu, ilk övladının dünyaya gəldiyi bu torpaqda indi üç oğlu və üç nəvəsi ilə yaşayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, illərlə həsrətində olduğu doğma yurdda özünə yeni həyat quran Hüseyn Əzimov həyətyanı sahəsində tərəvəz becərir, toyuq-cücə saxlayır, arıçılıqla məşğul olur. Onun sözlərinə görə, doğma torpaqda yaşamaq, öz zəhməti ilə təsərrüfat qurmaq insana xüsusi sevinc verir.

Hüseyn Əzimov 1965-ci ildə Ballıca kəndində anadan olub. Uşaqlığı və gəncliyi bu kənddə keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra atasının onun üçün tikdiyi evdə yaşamağa başlayıb, 1986-cı ildə ailə həyatı qurub. Böyük oğlu da elə həmin evdə dünyaya gəlib. Lakin 1988-ci ildə ailəsi ilə birlikdə doğma kəndini tərk etmək məcburiyyətində qalıb.

Çay süfrəsi arxasında söhbətimiz zamanı keçmiş günləri xatırlayan Hüseyn Əzimov bildirir ki, illərlə yaşadığı evdən, doğma kəndindən ayrılmaq onun üçün çox ağır olub. Buna baxmayaraq, yurda qayıdacağına olan ümidi heç vaxt tükənməyib.

Ailəsi əvvəlcə Xocalı şəhərində məskunlaşıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsi isə onun həyatında silinməz izlər buraxıb. Həmin gecə Hüseyn Əzimov valideynlərini və bir çox yaxın qohumunu itirib. Faciədən sonra üç qardaşı ilə birlikdə silaha sarılıb, sonralar polis orqanlarında xidmət edib və təqaüdə çıxıb.

Məcburi köçkünlük illərində ailə əvvəlcə Oğuz rayonunda, daha sonra Gəncədə, Hacıkənddə və digər yaşayış məntəqələrində məskunlaşıb. Yaşadıqları ünvanlar dəyişsə də, doğma Ballıcaya qayıtmaq arzusu dəyişməyib.

Hüseyn Əzimov deyir ki, bu gün onun üçün ən böyük xoşbəxtlik yenidən doğulduğu torpaqda, ata ocağında yaşamaqdır. 1988-ci ildə kənddən ayrılarkən cəmi bir övladı vardısa, indi üç oğlu və üç nəvəsi ilə doğma yurda qayıdıb. Onun sözlərinə görə, qayıdışın ən böyük sevinclərindən biri də nəvələrinin vaxtilə özünün təhsil aldığı məktəbdə oxumasıdır.

“Bundan gözəl nə ola bilər? Mən buradan gedəndə 23 yaşım var idi. İndi üç oğlum, üç nəvəmlə qayıtmışam. Mənim oxuduğum məktəbdə bu gün nəvələrim oxuyur. Bugünkü günümüzə çox şükür”, – deyə kənd sakini sevincini bölüşür.

Hüseyn Əzimov ata evinin yerində indi əvvəlki həyatdan çox az iz qaldığını deyir. Vaxtilə səkkizotaqlı, ikimərtəbəli olan ev dağıdılıb, yandırılıb. Həyətdəki ağacların da əksəriyyəti məhv edilib. İndi həmin həyətdə yalnız bir tut və bir qoz ağacı qalıb. O, bu ağacları keçmişlə bugünü birləşdirən xatirə kimi dəyərləndirir.

Kəndə qayıtdıqdan sonra təsərrüfat işlərinə də başlayan Hüseyn Əzimov tövlə tikib, arıçılıqla məşğul olur. Bildirir ki, kənd həyatının əsasını torpaqla işləmək, mal-qara saxlamaq və öz zəhməti ilə dolanmaq təşkil edir. Hazırda dövlətin özünüməşğulluq proqramı çərçivəsində ailəsinə heyvan verilməsini gözləyir. Bunun təsərrüfatını genişləndirməyə və ailəsinin güzəranını yaxşılaşdırmağa kömək edəcəyini düşünür.

Ailənin xanımı Rahilə Əzimova da doğma kəndə qayıdışın sevincini yaşayır. O, kənd həyatını həmişə sevdiyini, bu yerlərə yenidən dönməyi arzuladığını söyləyir. İndi öz evlərində, öz həyətlərində yaşamaqdan məmnundur. Toyuq-cücə saxlayır, çörəyini özü bişirir, həyətyanı sahədə kartof, lobya, xiyar və pomidor becərir.

Əzimovlar ailəsi üçün Ballıcaya qayıtmaq təkcə doğma yurdda yaşamaq deyil. Bu, illərlə həsrətində olduqları torpaqda yenidən həyat qurmaq, övladlarının və nəvələrinin gələcəyini burada görmək, ata-baba yurdunun ocağını yenidən yandırmaq deməkdir.

Müxbir – Tahir Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri