Bu ölkənin prezidenti Azərbaycana gələcək
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Bu ilin sonunadək Seneqalın Prezidenti Bassirou Diomaye Fayenin Azərbaycana rəsmi səfəri gözlənilir.
"AzPolitika" xəbər verir ki, bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Seneqalın iqamətgahı Ankarada yerləşən Türkiyə, Azərbaycan, Türkmənistan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Sohna Diop bildirib.
O deyib ki, Seneqal ilə Azərbaycan arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi planlaşdırılır. Bu, ilk növbədə, nazirlərin rəsmi səfərləri səviyyəsində nəzərdə tutulub: "Eyni zamanda, Seneqal Prezidentinin də Azərbaycana səfərinin təşkili üzərində hazırlıqlar aparırıq".
Səfir qeyd edib ki, Azərbaycanla Seneqal arasında keçiriləcək görüşlərdə ana xətti iqtisadi-ticarət əlaqələri, xüsusilə də neft-qaz sektoru təşkil edəcək: "Məlum olduğu kimi, son illər Seneqalda da zəngin neft və qaz yataqları aşkar olunub. Biz Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatı, idarə olunması və emalı sahəsindəki zəngin təcrübəsini öyrənmək istəyirik".
Hazırda ölkəsinin Azərbaycanla ikitərəfli ticarət dövriyyəsinin çox kiçik həcmdə olduğunu vurğulayan səfir bildirib ki, bu göstəricini mütləq şəkildə artırmaq üçün rəsmi səfərlərin intensivləşməsinə ehtiyac var: "Azərbaycana səfərimizin və keçirdiyimiz görüşlərin əsas məqsədlərindən biri də elə budur.
Hesab edirik ki, ilk növbədə, Azərbaycan və Seneqalın özəl sektor nümayəndələrini bir araya gətirmək lazımdır. Sahibkarlar hər iki ölkənin nə istehsal etdiyini, hansı məhsul və imkanlara malik olduğunu dəqiq bilməlidirlər. Yalnız bundan sonra birgə müəssisələr yaradıla və dayanıqlı ticarət tərəfdaşlığı qurula bilər. Bir sözlə, biz iş adamlarımız arasında möhkəm körpü salmalıyıq".
Səfir onu da deyib ki, Seneqal prezidentinin rəsmi səfərindən çox müsbət gözləntiləri var: "Təbii ki, bu təmaslardan sonra ikitərəfli münasibətlərimizin keyfiyyətcə yeni və daha yüksək səviyyəyə qalxacağını gözləyirik".
Baxış sayı:106
Bu xəbər 27 Avqust 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















