Icma.az
close
up
RU
Bu ölkəyə hücum İsraili MƏHV EDƏCƏK KONKRET

Bu ölkəyə hücum İsraili MƏHV EDƏCƏK KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaxın Şərqdə gərginlik davam edərkən, İsrail–İran münasibətlərinin yenidən hərbi müstəviyə keçib-keçməyəcəyi sual doğurur. Bəs, gələn il İsrail–İran arasında hərbi qarşıdurmanın yenidən alovlanma ehtimalı nə qədər realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, hazırkı mərhələdə İranın birbaşa hədəfə alınması ehtimalı yüksək deyil.

Politoloqun sözlərinə görə, hazırda ABŞ və İsrailin əsas diqqəti Yaxın Şərqə yönəlib və Təl-Əvivin başlıca strategiyası İranın regiondakı proksi qüvvələrini sıradan çıxarmaqdır.

“İsrail xüsusilə Hizbullah üzərindən hərəkət edir, eyni zamanda husilərə qarşı da təzyiqləri artırır. Bu, 12 günlük müharibədən sonra formalaşmış taktikanın davamıdır. Məqsəd İrana birbaşa zərbə endirməzdən əvvəl onun regiondakı dayaqlarını zəiflətməkdir”, – deyə Z.Əmrəliyev qeyd edib.

Onun sözlərinə görə, müharibə dövründə İsrail İranın aviasiyasını demək olar ki, sıradan çıxarıb və İranın qırıcı təyyarələri havaya qalxa bilməyib. Lakin paralel olaraq Hizbullah, husilər və HƏMAS-ın İsrail ərazilərini bombalaması Təl-Əviv üçün ciddi çətinliklər yaradıb.
Politoloq hesab edir ki, yaxın perspektivdə İranın özünə qarşı genişmiqyaslı əməliyyatlar gözlənilmir.

“Daha real ehtimal proksi qüvvələrə qarşı əməliyyatların davam etməsidir. Burada ABŞ-ın dəstəyi həlledici rol oynayır. HƏMAS-ın tərksilah edilməsi, eləcə də İsrail və ABŞ-ın Livan hökumətinə Hizbullahın silahsızlaşdırılması ilə bağlı təzyiqləri gündəmdədir. Ancaq bu, olduqca çətin prosesdir. Çünki Hizbullah Livanın hüquq-mühafizə orqanları və ordusundan qat-qat güclüdür”, – deyə o vurğulayıb.

Z.Əmrəliyev əlavə edib ki, ABŞ və İsrail üçün əsas problem yaradan qruplaşma husilərdir. Onların sıradan çıxarılması üçün Yəmənə hərbi müdaxilə tələb oluna bilər.

“Bu isə ABŞ üçün ikinci İraq və Əfqanıstan ssenarisi riski yaradır. Məhz buna görə də Vaşinqton tərəddüd edir”, – politoloq bildirib.

Nəticə etibarilə, ekspertin fikrincə, İrana qarşı güclü və genişmiqyaslı müdaxilə ehtimalı azdır. Bununla belə, ABŞ və İsrail tərəfindən hava hücumları kimi məhdud hərbi addımlar istisna olunmur.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri