Bu orden Zelenskidən alınacaq? Duda danışdı
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşanın sabiq prezidenti Anjey Duda Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ən ali dövlət təltifi olan Ağ Qartal Ordenindən məhrum edilə biləcəyi ilə bağlı müzakirələrə münasibət bildirib.
"AzPolitika" xəbər verir ki, "Onet" nəşrinə müsahibəsində danışan Duda qeyd edib ki, Zelenski bu mükafatı 2023-cü ildə fərqli şəraitdə alıb.
Onun sözlərinə görə, həmin dövrlə müqayisədə hazırda vəziyyət dəyişib və münasibətlərə təsir edən yeni amillər yaranıb.
Bununla belə, sabiq prezident Zelenskinin ordeninin geri alınması məsələsinə birbaşa qiymət verməkdən çəkinib. O vurğulayıb ki, bu məsələdə yekun qərarı hazırkı prezident Karol Navrotski verəcək.
Duda bildirib ki, Navrotski qərar qəbul etməzdən əvvəl orden kapitulunun rəyini dinləyəcək və bütün faktları nəzərə alacaq. Onun sözlərinə görə, məsələnin müxtəlif tərəfləri var və ictimaiyyətə məlum olmayan bəzi məqamlar da mövcuddur.
"AzPolitika.info"
Baxış sayı:104
Bu xəbər 03 İyun 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















