Icma.az
close
up
RU
Bu parkda torpağı qazanın almaz tapır FOTOLAR

Bu parkda torpağı qazanın almaz tapır FOTOLAR

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də elə bir park var ki, burada torpağı qazmaq adi iş deyil. Ziyarətçilər qazıntı zamanı qiymətli daş, hətta almaz tapa bilirlər.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin Arkanzas ştatında yerləşən “Crater of Diamonds” Dövlət Parkında 2026-cı ilin əvvəlindən indiyədək ziyarətçilər tərəfindən 214 almaz tapılaraq qeydə alınıb.

Sonuncu maraqlı tapıntının sahibi Keşia Smit olub. Qadın atasını almazı tapmasından təxminən bir həftə əvvəl, oğlunu isə ötən ilin oktyabrında itirib. Yaşadığı ağır itkilərdən sonra Smit tez-tez bu parka getməyə başlayıb. Sezar pizza

Parkın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada ziyarətçilərə müəyyən olunmuş ərazidə almaz axtarmağa icazə verilir. İnsanlar öz alətlərindən istifadə edərək torpağı qazır, çıxardıqları torpağı ələkdən keçirir və qiymətli daş axtarırlar. Tapılan daşlar daha sonra park əməkdaşlarına təqdim olunur. Mütəxəssislər daşları yoxlayaraq onların almaz olub-olmadığını müəyyənləşdirir və tapıntını qeydə alırlar.

Smit də parkın cənub hissəsində torpağı qazarkən beldə parıldayan bir daş görüb. O, daşı əvvəlcə çantasına qoyub, daha sonra ətrafındakı insanlara göstərib. Digər ziyarətçilərin məsləhəti ilə daşı park əməkdaşlarına aparan qadın burada gözləmədiyi xəbəri alıb. Yoxlama nəticəsində daşın 3,09 karat ağırlığında ağ almaz olduğu müəyyənləşib.

Təxminən muncuq böyüklüyündə olan almazın hamar və düz səthə malik olduğu bildirilib. Smit isə daşı ilk gördüyü zaman onun ürəyə bənzədiyini deyib.

Yaşadığı iki böyük itkidən sonra tapdığı almazın onun üçün xüsusi məna daşıdığını bildirən qadın daşa iki nəvəsinin adından ilhamlanaraq “Za’Novia Liberty Diamond” adını verib. 3,09 karatlıq almaz parkda 2026-cı ildə tapılan və qeydə alınan ikinci ən böyük almaz olub.

Park rəhbərliyinin məlumatına görə, ilin əvvəlindən bəri ziyarətçilər tərəfindən tapılaraq qeydə alınan almazların ümumi sayı 214-ə çatıb.

 Ən maraqlısı isə budur ki, parkda tapılan almazları dövlət ziyarətçilərdən almır. Qaydalara əsasən, tapılan qiymətli daş həmin şəxsin özündə qalır. Park əməkdaşları yalnız daşın almaz olub-olmadığını yoxlayır, çəkisini müəyyənləşdirir və tapıntını qeydə alırlar. Bundan sonra almazın taleyinə onun sahibi qərar verir.  

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri