Icma.az
close
up
RU
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? Maraqlı cavablar

Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? Maraqlı cavablar

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bu gündən etibarən isə bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır. İctimaiyyəti maraqlandıran məsələlərdən biri də hansı partiya liderlərinin bələdiyyə seçkilərində iştirak edəcəyidir.

Globalunfo.az-a danışan REAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, REAL Partiyası yarandığı gündən seçkiləri təbliğ və təşviq edir:

Natiq Cəfərli

“Seçkilərdə iştirakın vacibliyindən danışırıq. Bu gün də bələdiyyəni vacib institut sayırıq və iştirakçılığın təşviq olunmasına çalışırq. Buna görə də partiyamız bələdiyyə seçkilərində iştirak edəcək. Lakin hansı bölgələrdən neçə namizədlə iştirak etməyimiz yaxın bir həftə, 10 gün ərzində partiya strukturlarında keçiriləcək məsləhətləşmələr və müzakirələrdən sonra dəqiq bilinəcək”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, yerli əhəmiyyətli seçkilərdə iştirak edib-etməmək partiya üzvlərinin maraqlarından asılı olacaq:

Sərdar Cəlaloğlu

“Azərbaycanda hazır seçki təcrübəsi var. Nəticələr qabaqcadan bəlli olur. Seçkilər konstitusiyaya uyğun keçirilmir deyə tərəfdarlarımızın seçkiyə qatılmasında ciddi probelmlər yaranır. Prosesə qatılırlar, ciddi mübarizə aparırlar, maliyyə xərcləyirlər və s. nəticədə isə müəyyən gərginliklər yaşanır. Mənim və partiya üzvləri arasında böyük qismin seçkilərdə iştirak etməyə həvəsimiz yoxdur. İştirak etmək istəyənlər olduqda isə dəstək verməyə çalışacağıq”.

AĞ Partiya başqanı Tural Abbaslı isə məsələyə belə münasibət bildirib:

Tural Abbaslı

“AĞ Partiya bələdiyyə seçkilərində iştirak edəcək. Bələdiyyələr Azərbaycanın sosial-siyasi həyatında xüsusi çəkiyə malik deyillər. Təsir imkanları çox aşağı olduğu üçün bu seçkilərə maraq digəriləri ilə müqayisədə daha azdır. Lakin biz rayon təşkilatlarını seçkilərdə maksimum iştirakına tapşırıq vermişik. Məqsəd isə üzvlərin seçki təcrübəsinin formalaşması, seçicilərlə işləmək, partiyanın təbliğatı, özlərini regionlarda tanıtma imkanının təmin edilməsidir. Beləliklə yüzlərlə, minlərlə partiya üzvünün seçki ənənəsi formalaşır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see236

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see190

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see150

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see148

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see138

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see131

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see131

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see130

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri