Icma.az
close
up
RU
XUDU MƏMMƏDOV 98

XUDU MƏMMƏDOV 98

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

14 dekabr Azərbaycanın görkəmli alimi, ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü,  Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədovun (14 dekabr 1927– 15 oktyabr 1988) doğum günüdür. 

Görkəmli filosof, professsor Səlahəddin Xəlilov "Öncə öz millətim üçün!" başlıqlı məqaləsində müəllimi haqqında yazır: "Mən Xudu Məmmədovdan kristalloqrafiyadan daha çox, yaradıcı təfəkkür üsullarını, adi görünən şeylərə fərqli baxış imkanlarını öyrənmişəm. Xudu müəllimin standartlardan, bəzən hətta mövzudan kənara çıxması, tez-tez diqqəti adi şüur səviyyəsində məsələlərə yönəltməsi düşümnək, düşündürmək, suallar qoymaq vərdişi aşılaması-bütün bunlar dəyərini indi anadığımız böyük bir yaradıcılıq məktəbi idi. Əlbəttə ki, Müəllimin ilk əsas vəzifəsi tədris etmək, məlum bilikləri öyrətməkdir. Lakin necə etmək olar ki, müəllimlik və alimlik tam müstəqil fəaliyyət sahələri kimi bir-birini tamamlasın? Axı, əsl müəllim heç də yalnız hazır biliklərin mənimsədilməsi ilə kifayətlənməməli, tələbələrə həm də yeni bilik axtarılması yollarını öyrətməli, tədqiqat vərdişləri aşılamalıdır. Yaradıcı təfəkkür əldə etmədən, tələbə aldığı bilikləri uğurla tətbiq edə bilməz və yeni, qeyri-ənənəvi vəziyyətlərdə çıxış yolu tapa bilməyəndə durğunluğun, ətalətin, ehkamçılığın daşıyıcısı olar. Xudu Məmmədov tələbələrinə hansı isə hazır biliklərdən daha çox, istənilən məsələyə elmi yanaşmanın-alimliyin yollarını öyrədirmiş."

Bəli, Ali təhsilin əsas problemi elə bundan ibarətdir.

"Bir dəfə Qarabağda olayların kəskinləşdiyi bir zamanda axşam ziyalılar Filarmoniyaya yığışır. Hamı danışır, biri Londondakı xalçamızdan, biri Gürcüstandakı Gəncə qapısından, biri əlifbamızdan, bir sözlə, hamı danışır. Axıra yaxın rəhmətlik Xudu müəllim əlini qaldırıb söz istəyir və deyir ki, ay yoldaşlar, ay qardaşlar, mənim sizə bir sualım var. Məgər siz Qarabağ adında od tutub yanan saman tayasını keçirtdinizmi ki, indi də xalçadan, Gəncə qapısından, əlifbadan danışırsınız." Bəli, böyük alimimiz Qarabağdan nigaran getdi.  
Və onun 5 möhtəşəm aforizmi:

 "Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın."
"İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır."
"Yaşamaq üçün yox, düşünmək üçün bir sığınacaq tapmalı oldum."
"Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir."
"Vəzifə verirlər, sonra iş axtarırlar..."

P.S. Ötən əsrin 70-ci illərində Azərbaycanda ilk dəfə övladına əsl türk soyadı, Toğrul Məmməd yazdıran da Xudu Məmmədov idi. O, öz zamanını qabaqlayanların da birincisi oldu.

Etibar Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Dekabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri