Icma.az
close
up
RU
Bu peşə sahiblərində xərçəngdən ölüm riski yüksəkdir

Bu peşə sahiblərində xərçəngdən ölüm riski yüksəkdir

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Harvard Universitetinin alimləri təyyarə heyətinin üzvlərində bəzi xərçəng növlərindən ölüm hallarının digər peşə sahibləri ilə müqayisədə daha çox olduğunu müəyyən ediblər.

Lent.az “Fox News Digital”a istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ-də 500-dən çox peşə üzrə məlumatları müqayisə ediblər.

Nəticələrə əsasən, pilot və təyyarə bələdçiləri radiasiya ilə əlaqələndirilən xərçəng xəstəliklərindən ölüm göstəricisinə görə ilk sırada yer alıblar.

Alimlər bunun əsas səbəblərindən birinin kosmik radiasiya ola biləcəyini bildiriblər. Təyyarə atmosferdə yüksəldikcə onun heyəti daha çox ionlaşdırıcı şüalanmanın təsirinə məruz qalır.

Araşdırma zamanı 2020–2024-cü illər ərzində qeydə alınmış təxminən 13 milyon ölüm haqqında şəhadətnamə nəzərdən keçirilib. Məlumatlar arasında 14 minə yaxın pilot və 7 min təyyarə bələdçisi də olub.

Tədqiqatçılar süd vəzi və qalxanabənzər vəzi xərçəngi, leykoz, limfoma, melanoma, prostat vəzi xərçəngi, həmçinin beyin və mərkəzi sinir sisteminin şişlərini araşdırıblar. Siqaretin nəticələrə təsir etməməsi üçün ağciyər xərçəngi təhlilə daxil edilməyib.

Nəticələrə görə, radiasiya ilə əlaqələndirilən xəstəliklər təyyarə bələdçiləri arasındakı bütün ölüm hallarının 6,9, pilotlar arasında isə 6,7 faizini təşkil edib. Bu, araşdırılan peşələr arasında ən yüksək göstərici olub.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, aviasiya işçiləri ildə təxminən 3–6 millizivert kosmik radiasiyaya məruz qalırlar. Müqayisə üçün, ölkə boyunca on dəfə gediş-gəliş uçuşu edən sərnişin təxminən 0,4 millizivert şüalanma alır. Beləliklə, ekipaj üzvlərinin illik şüalanma dozası adi sərnişinlərdən 8–15 dəfə çox ola bilər.

Alimlər aviasiya işçiləri üçün xərçəng müayinələrinin daha erkən yaşlarda başlanmasını təklif ediblər. Bununla yanaşı, araşdırmanın yalnız statistik əlaqəni göstərdiyi, kosmik radiasiyanın xərçəngə birbaşa səbəb olduğunu sübut etmədiyi vurğulanıb. Adi sərnişinlərin isə havada daha az vaxt keçirdikləri üçün narahat olmalarına əsas olmadığı bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Avqust 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri