Icma.az
close
up
RU
Fabio Kannavaro: “Zidan Materatsiyə başı ilə zərbə endirməsəydi, “Qızıl top“u o alacaqdı”

Fabio Kannavaro: “Zidan Materatsiyə başı ilə zərbə endirməsəydi, “Qızıl top“u o alacaqdı”

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Özbəkistan millisinin italiyalı baş məşqçisi Fabio Kannavaro futbol dünyasının aktual məsələləri ilə bağlı açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, 2006-cı ilin dünya çempionu “La Gazzetta dello Sport” nəşrinə müsahibəsində İngiltərənin “Liverpul” futbol komandasının niderlandlı müdafiəçisi Vircil van Daykın İtaliyada oynamaq istədiyini açıqlayıb.

“Dünya çempionatında onunla görüşdüm. Mənə İtaliyada oynamaq istədiyini, bunun onu çox cəlb etdiyini dedi. Van Daykı “Milan”da görmək gözəl olardı. O, bütün bu illər ərzində fiziki gücü və yüksək sürəti özündə birləşdirib”, - Kannavaro söyləyib.

Baş məşqçi 20 il əvvəl “Qızıl top”u qazanması ilə bağlı xatirələrini də bölüşüb:

“France Football”un jurnalisti “Real”ın məşq bazasından çıxarkən məni saxladı və avtomobilimə əyləşdi. Dedi ki, Buffon artıq səni keçə bilməz, qalib sənsən və müsahibə götürməliyik. Həmin an bunun zarafat olduğunu düşündüm.

O ilin oyunlarına yenidən baxanda öz-özümə deyirəm: İlahi, necə də yaxşı oynayırdım! Amma o vaxt da bilirdim, indi də bilirəm ki, Zidan Materatsiyə başı ilə zərbə endirməsəydi, “Qızıl top”u qazanmaq daha çətin olardı”.

“Qızıl top”umun dəyəri indi üç dəfə artıb”

İtaliyalı mütəxəssis son 20 ildə heç bir müdafiəçinin bu mükafatı qazanmamasına da münasibət bildirib:

“Mənim “Qızıl top”umun dəyəri indi üç dəfə artıb. O vaxtdan bəri heç bir müdafiəçi bu mükafatı qazanmayıb və gələcəkdə bunun necə baş verəcəyini də təsəvvür edə bilmirəm. Bəlkə, Pau Kubarsi? Özü də “Barselona”nın müdafiəçisi. Mənim qələbəmi ən çox tənqid edən şəhərin komandasının futbolçusu.

Samuel Eto’O bunu karnaval adlandırırdı. Bu, məni narahat edirdi? Əsla! Tənqidlər heç vaxt məni narahat etməyib. İndi isə gülürəm. Elə bil Maldininin, Barezinin və ya Kubarsinin “Qızıl top”u qazanmamasında mən günahkaram.

Başqa hansı müdafiəçi bu mükafata daha çox layiq idi? 1994-cü ildə Franko Barezi. Onun dünya çempionatının finalında Braziliyaya qarşı oyunu inanılmaz idi. Ancaq mükafatı qazanmağa ən yaxın olan Paolo Maldini idi. Əgər “Milan” 2005-ci ildə İstanbulda “Liverpul”a qarşı Çempionlar Liqasının finalında qalib gəlsəydi”.

Müasir müdafiəçilərin problemləri

Kannavaro müasir futbolda müdafiəçilərin fərdi hazırlığına kifayət qədər diqqət ayrılmadığını düşünür:

“Biz fərdi texnika, qaçış tərzi, top öndən və cinahdan gələndə müdafiə olunmaq bacarığı üzərində işləməyi dayandırdıq. Hər mövqenin öz xüsusiyyətləri var. Bu gün bəzən qapısını qorumağı bacaran qolkiper əvəzinə topu 70 metr uzağa göndərə bilən qapıçıya üstünlük verirlər. Buna etiraz etmirəm, amma həlledici məqamda qol buraxanda da şikayət etməyin”.

İtaliya millisinin müdafiəsi

Sabiq müdafiəçi İtaliya millisinin çox qol buraxmasının səbəbini ayrı-ayrı futbolçuların deyil, bütövlükdə komandanın oyununda görür:

“İtaliya çox qol buraxır, həqiqətən də çox. Amma məsələ müdafiəçi cütlüyündə deyil, komanda şəklində düşünmək lazımdır. Futbolçulara başa salmaq lazımdır ki, onlar at deyillər və pressinq məqsədyönlü olmalıdır.

Spalletti deyirdi ki, pressinq etmək barədə düşünməklə onu həyata keçirmək arasında vaxt itirirsənsə, artıq gecikirsən. İtaliya millisində də vəziyyət belədir. Topu geri qazanmaq üçün kifayət qədər məşq etmirik və ilk pressinq xətti keçiləndə çətinlik çəkirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Noyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri