Icma.az
close
up
RU
Bu peşələr ləğv EDİLİR SƏBƏB

Bu peşələr ləğv EDİLİR SƏBƏB

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Son illərdə süni intellektin sürətli inkişafı ilə əlaqədar əmək bazarında köklü dəyişikliklər olacağı barədə səslənən fikirlər narahatlıq doğurur. Hansı peşə sahibləri bu inkişafdan daha çox təsirlənəcək? Və hansı peşələr tamamilə suni intellektlə əvəzlənə bilər? Gəlin bu mövzuya birlikdə nəzər salaq.

Süni intellektin sürətli inkişafı əmək bazarında müəyyən dəyişikliklər yaradıb. Bu mövzu bir çox insanların beynində sual doğurur.Ancaq məsələyə daha sakit və real yanaşmaq vacibdir. Çünki tarix göstərir ki, hər texnoloji yenilik köhnə sahələri dəyişdiyi kimi, yeni imkanlar da yaradır.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a danışan AİKTSA sədri Elvin Abbasov süni intellektin əmək bazarındakı təsiri birmənalı olaraq işin itirilməsi deyil, daha çox işin mahiyyətinin dəyişməsi kimi qiymətləndirilməli olduğunu bildirib.

Bu inkişafdan ən çox rutin, təkrar olunan və məlumatların emalına əsaslanan peşə sahibləri təsirlənəcək. Məsələn, mühasib köməkçiləri, məlumat daxil edənlər, sadə hüquqi sənədlərin hazırlanması ilə məşğul olanlar və müştəri xidmətləri təmsilçiləri süni intellektin sürətli və xətasız işləmək qabiliyyəti qarşısında ciddi rəqabətlə üz-üzədirlər. Bu sahələrdə çalışanlar öz fəaliyyətlərini texnologiyanın nəticələrini idarə etmək və tənqidi təhlil etmək istiqamətinə yönəltməli olacaqlar.

Ekspertin fikricə tamamilə əvəzlənə biləcək peşələrə isə "texniki icraçı" xarakterli sahələr daxildir. Telefon operatorları, tərcüməçilər (xüsusilə texniki mətnlər üzrə), anbar uçotunu aparanlar və bəzi növ sənəd dövriyyəsi mütəxəssisləri yaxın gələcəkdə süni intellekt sistemləri tərəfindən tam sıxışdırıla bilər.
"Lakin yaradıcılıq, emosional zəka, strateji qərarvermə və fiziki çeviklik tələb edən peşələr (məsələn, cərrahlar, psixoloqlar, mühəndis-tədqiqatçılar və incəsənət xadimləri) öz əhəmiyyətini qoruyacaq.Əsas hədəf texnologiya ilə rəqabət aparmaq deyil, onunla "birgə yaratmaq" bacarığını mənimsəməkdir"-deyərək ekspert bildirib.
Nəticə olaraq demək mümkündür ki, süni intellekt əmək bazarında kəskin təhlükə deyil, daha çox dəyişiklik yaradan bir alətdir. Bəzi işlər sadələşir, bəziləri isə yeni formada davam edir.
Ən vacib olan isə dəyişikliklərə açıq olmaq, yeni bacarıqlar öyrənməkdir.
Belə yanaşdıqda süni intellekt qorxulu bir faktor yox, əksinə, yeni imkanlar yaradan bir vasitəyə çevrilə bilər.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Aprel 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see430

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see315

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see311

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see308

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see305

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see303

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see303

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see298

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see297

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see279

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see266

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see265

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see264

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see263

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see258

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see256

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see255

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see255

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see253
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri